Mikayıllı (keçmiş adı Kötüklü) — Azərbaycan Respublikasının Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Salyan düzündədir. Keçmiş adı Kötüklü olmuşdur. Kəndin yeri əvvəllər meşəlik olmuş, XIX əsrdə mikayıllı nəslinə mənsub ailələr meşənin ağaclarını qıraraq, kötükləri çıxarmış və burada kənd salmışlar. Ona görə də bu kəndə əvvəlcə Kötüklü, sonra isə Mikayıllı adı verilmişdir.
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri