Avtomobildən qorun () — rejissor Eldar Ryazanovun filmi.

Məzmun Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir…

Film haqqında Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər. Film 1966-cı ildə 29 milyon tamaşaçı toplamışdı. "Sovet ekranı" ("Советский экран") jurnalının sorğusuna əsasən İnnokenti Smoktunovski 1966-cı ilin ən yaxşı aktyoru seçilmişdi.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Emil Braginski, Eldar Ryazanov Quruluşçu rejissor: Eldar Ryazanov Operatorlar: Anatoli Mukasey, Vladimir Naxabsev Bəstəkar: Andrey Petrov Kadrarxası mətn: Yuri Yakovlev

Rollarda İnnokenti Smoktunovski — Yuri Detoçkin Oleq Yefremov — müstəntiq Maksim Podberyozovikov Olqa Arosyeva — Lyuba Andrey Mironov — Dima Anatoli Papanov — Semyon Tatyana Qavrilova — İnna Lyubov Dobrjanskaya — Detoçkinin anası Yevgeni Yevstiqneyev Yakov Lens Qalina Volçek Sergey Filippov

Xarici keçidlər "Берегись автомобиля" — mosfilm.ru saytında pulsuz onlayn baxış "Берегись автомобиля" "Энциклопедия отечественного кино" ensiklopediyasında "Берегись автомобиля" "Кино России" portalında "Берегись автомобиля" // Ruskino.ru "Берегись автомобиля" // Kino-teatr.ru "Берегись автомобиля" // "Наш Фильм"

Həmçinin bax

Kateqoriya:Rusiya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Eldar Ryazanovun filmləri Kateqoriya:1966-cı ilin filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:1966-cı ildə SSRİ Kateqoriya:Viqilant filmləri