Türkmənçay sülh müqaviləsi (, ; , ) və ya Türkmənçay traktatıТ. 3: Дипломатия в период подготовки второй мировой войны : (1919–1939 гг.) / cоставили: проф. Минц И. И., проф. Панкратова А. М., акад. Потемкин В. П., акад. Тарле Е. В. и Колчановский Н. П. — 1945. — XII, с. 803–883 с. (, ; ) — Qacar İranı ilə Rusiya imperiyası arasında imzalanan və 1826–1828-ci illər Rusiya–İran müharibəsinə son qoyan müqavilə. tarixində Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Müqavilə İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə, İranın baş naziri Allahyar xan Dəvəli-Qacar və xarici işlər naziri Mirzə Əbülhəsən xan Şirazi, Rusiya tərəfindən isə Əlahiddə Qafqaz Korpusunun komandiri, general-adyutant İvan Paskeviç və korpusun xarici əlaqələr üzrə kanserinin rəhbəri, faktiki dövlət müşaviri Aleksandr Obreskov tərəfindən imzalanmışdır. Bu, Qacar İranı ilə Çar Rusiyası arasında imzalanmış və İranı əvvəllər onun tərkibində olan ərazilər üzərində Rusiyanın təsirini təhvil verməyə və ya nəzarətini tanımağa məcbur edən müqavilələr ardıcıllığından ikincisi olmuşdur.
Rusiya şairi və diplomatı Aleksandr Qriboyedov müqavilənin şərtlərinin işlənib hazırlanmasında rol oynamış, danışıqlar prosesində və müqavilənin müddəalarının həyata keçirilməsində fəal iştirak etmişdir. O, daha sonra, 1828-ci ilin aprelində Rusiyanın İrandakı minister-rezidenti (səfiri) təyin olunmuşdur.
Bu müqavilədən və Gülüstan müqaviləsindən sonra Rusiya Qafqaz torpaqlarını Qacar İranından almağı başa çatdırdı. Bu ərazilərə indiki Azərbaycan, Dağıstan, Ermənistan və şərqi Gürcüstan daxil idi. Həmin ölkələr əsrlər boyu İranda çiçəklənmiş dövlətlərin kimliyinin bir hissəsi olmuşdur. Odur ki, həmin ərazilər XIX əsrdə Rusiyaya birləşdirilənə qədər uzun əsrlər boyu Səfəvi, Əfşar və Qacar dövlətlərinin bir hissəsi olmuşdular.
İki müqavilənin nəticəsində Azərbaycan xalqı və talış xalqını indiki İran ərazisində yaşayan soydaşlarından ayrı düşmüşdür. Bu müqavilələrdən sonra bu ərazilər təxminən 180 il ərzində Rusiya imperiyasının, daha sonra isə Sovet İttifaqının nəzarəti altında qalmışdır. Dağıstan bu günə qədər Rusiya Federasiyasının tərkibində respublika olaraq qalır. Gülüstan və Türkmənçay müqavilələri ilə verilən ərazilərin böyük hissəsini təşkil edən üç ayrı dövlət – Azərbaycan, Ermənistan və Gürcüstan 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmişdir.
Zəmin
thumb|right|1826–1828-ci illər Rusiya-İran müharibəsinin əməliyyat xəritəsi.
Növbəti Rusiya–İran müharibəsi 1826-cı ilin iyulunda İran qoşunlarının Qarabağ və Talış xanlıqları ərazisindəki Rusiya postlarına hücumu ilə başlamışdı. Əməliyyatlar ilk mərhələlərdə İran üçün kifayət qədər uğurlu olmuşdu – Dağıstandan başqa 1813-cü ildə Rusiya ərazisinə çevrilmiş, demək olar ki, bütün ərazilər payızda yenidən İranın nəzarətinə keçmişdi. 60 minlik İran ordusu indiki Azərbaycan Respublikasının ərazilərinə daxil olaraq Qarabağı və Gəncə şəhərini nəzarətə götürərək Bakı şəhərinə yaxınlaşmışdı. Eyni zamanda İran ordusu Gürcüstan sərhədlərinə doğru irəliləyərək Tiflis şəhərini hədəfə almışdı. Sonradan Rusiya tərəfi müdafiəni təşkil edə bilmiş, 1826-cı ilin sentyabrında hücuma keçməyə başlamışdılar. Sonradan vəziyyət Rusiyanın xeyrinə inkişaf etməyə başlamışdı – Şamxor yaxınlığında qələbə əldə edilmiş, ordu Yelizavetpol və Abbasabad qalalarını tutmuş, İranın Şuşa şəhərindəki mühasirəsi götürülmüş, Naxçıvan alınmış, Eçmiədzin və Sərdarabadda İranın hücum əməliyyatı dəf edilmiş, ildə Rusiya ordusu tərəfindən uzun müddət mühasirəyə alındıqdan sonra İrəvan xanlığının paytaxtı olan İrəvan şəhəri süqut etmişdir. Müharibə boyu yerli erməni əhali Rusiya qoşunlarına əhəmiyyətli dərəcədə dəstək vermişdi.
11 maddədən ibarət gələcək sülh müqaviləsinin layihəsi, habelə ona əlavədə verilən ticarət müqaviləsi layihəsi Rusiyanın müvafiq idarələri tərəfindən tərtib edilmiş və hələ 1827-ci ilin aprelində I Nikolay tərəfindən təsdiq edilmişdir. Aleksandr Obreskov Əlahiddə Qafqaz Korpusunun xarici əlaqələr üzrə kanserinin rəhbəri təyin edilmişdi. Daha sonra aprel ayında İvan Paskeviç fars dilini bilən və yerli adət-ənənələrə bələd olan diplomat Aleksandr Qriboyedovu özünün diplomatik kansserliyinin rəhbəri təyin etmişdi və bu addım Rusiyanın danışıqlarda mövqelərini daha da gücləndirməli idi. Məhz sülh müqaviləsi hazırlanan zaman Rusiya imperatoru İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsini, həmçinin Araz çayının gələcək sərhəd kimi təyin olunmasına bilavasitə göstəriş vermişdir: "Buna əsasən, Arazın iki ölkəni nplən sərhəd xəttini təşkil etdiyini müəyyən edən maddə dəyişməz fərman olmalıdır". Hərbi töhfənin məbləği 40 milyon rubl gümüş olaraq təyin edilmişdir:
Hərbi əməliyyatlar zamanı tərəflər bir neçə dəfə danışıqlar masası arxasına əyləşməyə cəhd göstərmişdilər. İlk cəhd 1827-ci ilin yazında edilmişdi. Abbas Mirzə danışıqlara başlamaq təklifi ilə öz elçisini İvan Paskeviçin yanına göndərmişdi. Cavab olaraq, Paskeviç Aleksandr Qriboyedovu vəliəhd ilə danışıqlara göndərmiş və Rusiyanın sülh tələblərini irəli sürmüşdür. Danışıqlar nəticəsiz başa çatmışdı və Rusiya nümayəndəsi əmin olmuşdu ki, hərbi əməliyyatlar teatrında mövcud vəziyyət İran tərəfinə Paskeviçin irəli sürdüyü şərtləri qəbul etməməyə imkan yaratmışdır. Rusiya İrana ultimatum tələbləri irəli sürmək üçün İrəvan və Təbrizi ələ keçirməli idi. Avqust ayına qədər İran tərəfi üçün hərbi-siyasi vəziyyət daha da pisləşmişdir. Abbas Mirzə daha çox danışıqlar aparmağı xahiş etmişdi, lakin bu dəfə Rusiya qoşunlarının payız hücum əməliyyatlarını prioritet vəzifə hesab edən Paskeviç bu təklifləri rədd etmişdir.
Danışıqlar thumb|Dehxarqanda Rusiya və İran nümayəndə heyətləri arasında danışıqlar. . Nümayəndə heyətlərinin başında İvan Paskeviç və Abbas Mirzə dayanır. Sağdan 5-ci Aleksandr Qriboyedov, sağdan 2-ci Lazar Lazarevdir.
1827-ci ilin payızında İrəvan və Təbriz şəhərlərinin Rusiya qoşunları tərəfindən ələ keçirilməsindən sonra Britaniya imperiyasının İrandakı missiyasının katibi Makneyl və Təbriz xanı Fətəli xan təcili Naxçıvandakı Rusiya komandanlığına gələrək İran şahının sülh müqaviləsinin Rusiya şərtləri ilə bağlanması haqqında mövqeyini çatdırmışdılar. Burada tarixinə qədər müvəqqəti atəşkəs elan edilmişdir. Rusiya və İran nümayəndə heyətləri tarixində Dehxarqan kəndində görüşdülər. Rusiya nümayəndə heyətinə İvan Paskeviç, Aleksandr Obreskov, protokol redaktorları Aleksandr Qriboyedov, A. K. Amburger və N. D. Kiselyov, tərcüməçilər Abbasqulu ağa Bakıxanov və Georgi Vlaqali daxil idi. İran tərəfində Abbas Mirzə, qaimməqam Mirzə Əbülqasim Fərəhani, bəylərbəy Fətəli xan, dövlət katibi Mirzə Məhəmmədəli, tərcüməçi Mirzə Məsud, həmçinin Britaniya imperiyasının İrandakı səfiri MakDonald var idi. İvan Paskeviç Rusiya tərəfi adından aşağıdakı şərtləri irəli sürmüşdür:
Danışıqlar prosesi başlamazdan əvvəl danışıqlara sədaqətin təsdiq edilməsi kimi 2,5 milyon tümənin (5 milyon rubl dəyərində gümüş) ödənilməsi; İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya təhvil verilməsi, bütün İran silahlı qüvvələrinin Talış xanlığının ərazisindən çıxarılması; 15 milyon tümən (30 milyon rubl dəyərində gümüş) məbləğində müharibə töhfəsi; Rusiya qoşunlarının İran Azərbaycanı ərazisindən çıxarılması yalnız töhfə tam ödənildikdən sonra həyata keçiriləcək, əks halda bu ərazi müstəqil xanlıq elan ediləcək.
Rusiyanın ərazi iddiaları kifayət qədər tez, tarixində təmin edilmişdir. Gələcək sərhəd məsələsi barədə artıq danışıqlar zamanı İvan Paskeviç bütün ermənilərin katolikosu V Nerses Aştaraketsidən məktub almışdır. O, qeyd etmişdir ki, yeni sərhəd tam olaraq Araz çayı boyunca yox, ciddi şəkildə qərbə doğru, düz xətt üzrə, indiki Osmanlı sərhədinə qədər uzanmalıdır. Məktubda deyilirdi: "Rusiya sərhədi Araz çayı ilə çəkilərsə, Ermənistanın bir hissəsi İranın tərkibində qalacaq. Ermənistana çətin keçilən Maku dərəsini, bütün Araratı (belə ki, dağ silsiləsi bizi Bəyazid vilayətində yerləşən Osmanlı sərhədindən, eləcə də daş duzu ilə zəngin olan Koxpdan (Kulp) ayırır". Məlumdur ki, Qafqaz diyarının keçmiş baş qubernatoru Aleksey Yermolov da bu fikri bölünmüşdü. O, hesab edirdi ki, "Araz çayının sağ tərəfindəki sahənin kiçik torpaqları, … o cümlədən ən zəngin pambıq və taxıl bitkilərinin olduğu Ararat dağının ətrafı və tükənməz əla qaya duzu sərvətlərinin olduğu Kulp traktının ətrafı" gələcək müharibə nəticəsində Rusiyanın bir hissəsi olmalıdır.Фадеев А. В. Россия и Кавказ первой трети XIX в. — М.: АН СССР, 1960. — С. 210–211. Növbəti ilin yanvarında Aştaraketsi xarici işlər üzrə baş administrator Dmitri Bludova ərizə yazmışdır. Burada o, dövlətlər arasında yeni sərhədlərin konturunda İvan Paskeviçin buraxdığı səhvi rəsmi şəkildə bildirmişdi. Paskeviç buna cavab olaraq qeyd etmişdir ki, İranla sülh bağlanmışdır və bu, "kifayət qədər faydalı" olmuşdu, lakin Maku xanlığının ilhaq edilməsi ilə yeni sərhəd "çox qeyri-müəyyən" olacaqdı. Həmçinin, Paskeviç hesab edirdi ki, Aştaraketsinin təklifi bu ərazidə Erməni Həvari Kilsəsinin qədim məbədlərinin yerləşməsi ilə bağlıdır.
Abbas Mirzə şahın xahişi ilə danışıqları gecikdirmişdir, lakin sonradan Rusiya nümayəndə heyəti Abbas Mirzəni taxt-tacın varisi kimi tanıyan maddənin sülh müqaviləsinə daxil edilməsinə razılıq verdikdən sonra o, Rusiyanın bütün tələblərini qəbul edərək onun ilkin şərtlərini imzalamışdır. Fətəli şah 2,5 milyon tümən ödəməyə razı olmuşdur, amma Paskeviçin tələb etdiyi hərbi töhfənin miqdarı ona uyğun gəlmirdi. İran tərəfi məbləğin azaldılmasını və onun hissə-hissə ödənilməsinə imkan verilməsini xahiş etmişdir. Danışıqlar İran tərəfindən gecikdirilməkdə davam etmiş və yalnız Rusiya korpusunun komandiri yeni hücum əməliyyatı, İran ərazisinin dərinliklərinə doğru irəliləmək ilə hədələdikdən sonra Abbas Mirzə müqavilənin bütün maddələrini imzalamış və onu Fətəli şaha ratifikasiya etməsi üçün göndərmişdir. Bununla belə, müqavilənin imzalanmasında maneə hərbi töhfənin məbləği və onun ödənilməsi üsulu olaraq qalmışdır. Paskeviç hərbi töhfənin tam şəkildə ödənilməsində israr etmiş və bu, İran tərəfi üçün uyğun hesab edilməmişdir, halbuki danışıqlar prosesi zamanı Rusiya tərəfi tələb olunan hərbi töhfənin miqdarını azaltmaqla şaha güzəştə getmişdi.Zirisnky, M. "Reza Shah’s abrogation of capitulation, 1927–1928" in The Making of Modern Iran: State and Society Under Riza Shah 1921–1941. Stephanie Cronin (ed.) London: Routledge, 2003, p. 81: "The context of this regime capitulations, of course, is that by the end of the reign of Fath Ali Shah (1798–1834), Iran could no longer defend its independence against the west…. For Iran this was a time of weakness, humiliation and soul-searching as Iranians sought to assert their dignity against overwhelming pressure from the expansionist west". İlin sonuna yaxın danışıqlar başqa səbəbdən uzanmağa başlamışdır. Artıq yeni bir Rusiya–Osmanlı müharibəsinin tezliklə başlayacağı ilə bağlı şayiələr yayılmışdı. Bu potensial müharibə Rusiya Ordusunun Əlahiddə Qafqaz Korpusunun mövqeyinə təsir göstərəcəkdi. İran tərəfi vaxtı uzatmağa davam etmişdir. Bu xəbərdən ruhlanan şah öz ordusuna yeni sərkərdə və taxt-taca yeni varisi kimi Həsənəli Mirzəni təyin etmişdir və ona hərbi əməliyyatları davam etdirməyi əmr etmişdir. Nəticədə, danışıqlar yenə uğursuz olmuşdur.
Demək olar ki, iki ay davam edən danışıqlarda Britaniya diplomatik dairələrinin nümayəndələri daim şahın "arxasında" olmuşdular. Onlar onun qərar qəbul etməsinə və siyasət yeritməsinə təsir göstərmişdilər. Britaniyalıların məqsədi Rusiyanın İrandakı təsirinin güclənməsini mümkün qədər zəiflətmək və məsələn, Rusiyanın döyüş meydanında uğurlarına baxmayaraq, İran şəhərlərində Rusiya konsullarının təyin olunmasının qarşısını almaq idi. SSRİ tarixçisi B. Balayanın fikrinə görə, "Britaniya baş nazirinin 1828-ci ilin əvvəlində elan etdiyi qeyri-rəsmi vasitəçilik düsturundan Britaniya diplomatiyası həm de-fakto, həm də de-yure vasitəçiliyə nail olmuşdu"..