Horavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun Horavar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Viləş çayının sahilində, dağətəyi ərazidədir. Oykonim fars dilindəki oura (qala) və var (yer, məskən) sözlərindən düzəlib, "qala yeri" mənasındadır. Hıravar variantında "dumanlı yer" mənasında da izah olunur.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 329
İstinadlar
Kateqoriya:Yardımlı rayonunun kəndləri