Fətəlikənd — Azərbaycan Respublikasının Saatlı rayonunun Fətəlikənd kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 3171 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Fətəlikənd oyk, mür. Muğan düzündədir. Yaşayış məntəqəsini XIX əsrin sonlarında çarizmin köçürmə siyasəti nəticəsində rus kəndliləri Severskoye (Şimali) adı ilə salmışdılar. 1977-ci ildən yazıçı–dramaturq Mirzə Fətəli Axundovun şərəfinə Fətəlikənd adlandırılmışdır. Memorial toponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri