Nəsimikənd — Azərbaycan Respublikasının Saatlı rayonunun Nəsimikənd kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 3496 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Kənddə etnik azlıqlardan olan Axısqa türkləri yaşayır.
Toponimikası Muğan düzündədir. Yaşayış məntəqəsini 1944-cü ildə qanunsuz olaraq Gürcüstandan Orta Asiyaya (əsasən Özbəkistana) sürgün edilmiş, 1959-cu ildə isə Azərbaycana gəlmiş türk (axıska türkləri) ailələri salmışlar. Kəndə 1976-cı ildə Azərb. şairi Nəsiminin adı verilmişdir. Memorial toponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007.
Həmçinin bax Saatlı rayonu Muğan düzü
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri