Əhmədbəyli (əvvəlki adı: Telmankənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Kənd Muğan düzündə yerləşir.
Tarixi Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, 1922-ci ildə əvvəllər Əhməd bəy adlı bir nəfərə məxsus qışlaq yerində salınmış bu kənd partiya və dövlət xadimi S.M.Əfəndiyevin (1887-1938) şərəfinə Əfəndiyev-kənd adlandırılmışdı. Yaşayış məntəqəsi 1938-ci ildən Ernest Telmanın (1886-1944) şərəfinə Telmankənd adlandırılmışdı.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati ərazi vahidi tərkibindəki Telmankənd kəndi Əhmədbəyli kəndi adlandırılmışdır. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Əhmədbəyli kəndi Dədə Qorqud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əhmədbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi Əhalisinin sayı 1441 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Saatlı rayonunun kəndləri