Kərəmli (əvvəlki adı: 26 komissar adına) — Azərbaycan Respublikasının Göygöl rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Şəhriyar kənd inzibati ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılmışdır.
Toponimikası Bu adda Kəlbəcər rayonunda da kənd qeydə alınmışdır.
Tarixi Kəndə el arasında Qarakeşiş deyilir . " Əsli və Kərəm " - in qəbiri burdadır , aralarında qaratikan kolu var . Əfsanəyə görə həmən tikan Əslinin atası" Qarakeşiş " - dirQarakeşiş.
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 295 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Göygöl rayonunun kəndləri