İkinci Alıbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Balabəyli olmuşdur. Yaşayış məntəqəsini Ağdam r-nunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kəndin ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olmuşdur.Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı "Şərq-Qərb", 2007
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Həmçinin bax
Allahverdi Həsənov (sosialist əməyi qəhrəmanı)
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri