Qazyan — Azərbaycan Respublikasının Tərtər rayonunun Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi "kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı" mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. "Kitabi Dədə Qorqudda qazi — ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Azərbaycan ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 48.
Qazyan coğrafi adının mənası belədir: an — məkan, yurd, oba adını bildiririr. “Qazi” isə tayfa adıdır, yəni “qazi” tayfalarının yaşadığı yer mənasını verir.
İqtisadiyyatı Birinci Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Həmçinin bax
Yuxarı Qapanlı
İstinadlar
Kateqoriya:Tərtər rayonunun kəndləri