Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri