Çuxurazəmi — Azərbaycan Respublikasının Şabran rayonunun Çuxurazəmi kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dağətəyi ərazidədir. Oykonim cuxur (çökək) və zəmi (fars. "yer") sözlərindən düzəlib (-ə burada bitişdirici saitdir), "çuxur yer, çökək yer" deməkdir. Kənd həqiqətən də çökək yerdə salınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kənddə 287 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri