Duzdağ — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Duzdax qəsəbəsi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir.
Tarixi 1924-cu ildə salınmış bu qəsəbədəki ilk müvəqqəti evlər neft kəşfiyyatı dəstəsinə məxsus olmuşdur. Sonralar burada yerləşən 8 nömrəli sovxozun malikanəsi əsasında abad yaşayış məntəqəsi yaranmışdır. 1965-ci ildən qəsəbə yaxınlığındakı Duzdağın adı ilə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Qəsəbə düzənlikdə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yevlax rayonunun qəsəbələri