Qaraməryəm — Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraməryəm kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Şirvan düzündən şm-da Girdimançay ilə Göyçay çayı arasında uzanan yüksəklikdə, Qaraməryəm tirəsinin ətəyindədir. Bəzi tədqiqatçılara görə, qismən təhrifə uğramış toponim Qaramərən olmalıdır. Qəsəbə adını oradakı eyniadlı çayın adından almışdır. Çayın adı qara və monqol dilindəki mərən (çay) sözlərindən ibarət olub, "qara çay" mənasındadır. Əslində qəsəbə ətəyində yerləşdiyi eyniadlı tirənin adı ilə adlanır. Keçən əsrin əvvəllərində kəndin adı Qaraməryəm variantında da qeydə alınmışdır.
Tarixi 1918-ci ildə kəndin ərazisində Qaraməryəm döyüşləri baş vermişdir.
Əhalisi 2009-cu ilin siyahıya alınmasına əsasən qəsəbədə 1528 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
Mədəniyyəti Qəsəbədə 1 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 1 klub, 2 kitabxana, 1 rabitə şöbəsi, 1 elektron ATS, xəstəxana və doğum evi, 2 aptek, 1 yanğınsöndürmə məntəqəsi vardır.
Din Qəsəbədə "Fatimeyi Zəhra" məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2014-cü ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Göyçay rayonunun kəndləri