Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Toponimiyası Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.

Əhalisi Əhalisi 1680 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.

Tanınmışları Qasımov Abutalıb Ağa oğlu — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994–1995), Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədrinin 1-ci müavini (1995–2000) Amin Gülməmmədov — Vətən müharibəsi şəhidi Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Respublikası Milli Məclisinin IIİkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az və VII çağırış deputatı, Siyasi elmlər doktoru, professor, Bakı Slavyan Universitetinin "Jurnalistika" kafedrasının müdiri.

İstinadlar

Kateqoriya:Culfa rayonunun kəndləri