Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple macOS əməliyyat sistemləri üçün yaradılmışdır.

Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir. Visual Basic dilində yazılmış makrosları dəstəkləyir.

Microsoft Office-in tərkibi

Microsoft Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir. Microsoft Excel — cədvəl prosessoru. Microsoft Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası. Microsoft PowerPoint — təqdimatların hazırlanmasında istifadə edilir. Microsoft Access — verilənlər bazasının idarəetmə sistemi. VB-nın yaradılması və idarə edilməsində istifadə edilən tətbiqi proqramdır. Microsoft InfoPath — məlumatların toplanmasında istifadə olunan tətbiqi proqram. Microsoft Communicator — insanlar arasında informasiya mübadiləsini təmin edir. Microsoft Publisher — nəşriyyatların hazırlanmasında istifadə edilir. bunlara əlavə olaraq: Microsoft OneDrive, OneNote və Teams

Ədəbiyyat Сергеев А. П., Microsoft Office 2007. Самоучитель: Пер. с англ. — М. : 2007. — 416 стр. с ил., Издательство «Диалектика» (rus dilində) Уоллес Вонг , Microsoft Office 2007 для «чайников»: Пер. с англ. — М. : 2007. — 368 стр. с ил., Издательство «Диалектика» (rus dilində)

Mənbə

Xarici keçidlər Innovative Communications Alliance (Nortel Microsoft) http://office.microsoft.com

Kateqoriya:Microsoft Office

Kateqoriya:Birləşdirilmiş məhsul və ya xidmətlər Kateqoriya:Microsoft