Ağusəm — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cür izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindən düzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Xarici keçidlər
Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri