Əsədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ləkin kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Əsədli oyk., sadə. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Şahsevənlərin əsədli tirəsi salmışdır; Sabirabad r-nunun Qaralar i.ə.v.-də kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Məmişlər (indiki Qaralar) kəndindən çıxmış Əsəd adlı şəxs və onun övladları saldığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1050 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri