İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

Toponimikası İncilli oyk. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Cəlilabad rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəlilabad rayonunun kəndləri