Lallar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəlayir kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Düzənliklərdir. Yerli əhali Canşalı da adlandırır. Lallar canşalı tayfasının qollarından birinin adıdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında bu nəsil 119 ailədən ibarət olmuş və 9 tirəyə bölünmüşdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 579 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri Eldar Həsənov (1965–1994) — Azərbaycanın Milli Qəhrəmanı.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri