Mirtəhməzli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Düzənlikdədir. Oykonim mir (titul bildirən söz) Təhməz (antrop.) və -li (aidlik, mənsub.bildirən şək.) komponentlərindən düzəlib. Yaşayış məntəqəsinin adı kəndin əsasını qoymuş Mirtəhməz Mirtəhməzlinin adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri