Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun Zopun kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.

Toponimikası Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir.

Coğrafiyası və iqlimi Kənd Burovar silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri