Atakişili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Atakişili kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Atakişili oyk. Şirvan düzündədir. XIX əsrin ortalarında maldarlıqla məşğul olan atakişili nəslinə mənsub ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Bu etnonimlə bağlı 1933-cü ildə Ağcabədi r-nunda Atakişibəyli, 1917-ci ildə Quba qəzasında Atakişiqazma adlı yaşayış məntəqələri qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 5680 nəfər əhali yaşayırAzərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629.

Təhsil thumb|Kürdəmir rayonu M. Əzimov adına Atakişili kənd tam orta məktəbi Kənddə Kürdəmir rayonu M. Əzimov adına Atakişili kənd tam orta məktəbi fəaliyyət göstərir.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

İstinadlar

Xarici keçidlər

Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Kateqoriya:Kürdəmir rayonunun kəndləri