Sığırlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Sığırlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrin 80-ci ilərində yaranmışdır. Kənd keçmişdə maldarlıqla məşğul olan sığırlı elinin qışlaq yeri olmuşdur. Şamaxı r-nunun Çuxuryurd kəndinin ərazisi isə onların yaylağı idi.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Rayon mərkəzindən 22 km cənub–şərqdə Şirvan düzündədir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6130 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Kürdəmir rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri