Düztahiroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Yalama kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim Düztahir və oba sözlərindən ibarət olub, "Düztahir kəndinin obası" mənasındadır.
Tarix
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Düztahiroba kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Sixillər Kəndəki sixillər (klanlar, soylar):
Atsiyar Belxadaşar But’ar Çuxar Çuvalar Feq’iyar H’ajar Ibilar (Tihirjalar) Kaşuyar Karkaçiyar Q’ene’atar Q’ep’irar Madağar Mutar Merzar Mişiyar Partiyar Şit’iyar Tü’q’ülar (Pernarzar, Javarar) E’zdenar Yaxular
Həmçinin bax
Düztahir
İstinadlar
Kateqoriya:Xaçmaz rayonunun kəndləri