Yeni Sudur — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Pirquluoba kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisi 510 nəfərdir. Burada azərbaycanlılar, ləzgilər, buduqlular, xınalıqlılar yaşayır. Əhalisi dağ kəndlərindən köçüb gəlmədir. Ləzgilər Qusar rayonunun kəndlərindən, buduqlular Quba rayonunun Buduq kəndindən və xınalıqlılar Xınalıq kəndindən köçüb gəlmələrdir.
İqtisadiyyatı Əhali əsasən, kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Meyvəçilik də geniş yayılmışdır.
İstinadlar
Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri
Kateqoriya:Xaçmaz rayonunun kəndləri