Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir.

Əhalisi Əhalisi  1758 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Həmçinin bax Dizə kurqanları Dizə məhəlləsi

Kateqoriya:Şərur rayonunun kəndləri Kateqoriya:Azərbaycandakı arxeoloji abidələr