Məzmun Film var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz.

Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Hikmət Ziya Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim rəssamı: Əlisəttar Atakişiyev Bəstəkar: Arif Məlikov Səs operatoru: Vladimir Savin Mahnıların mətni: Hikmət Ziya Rejissor: Arif Həbibi Rejissor assistenti: Y.Əhmədov, Fərid Hümbətov Rəqslərin quruluşçusu: Rəfiqə Axundova, Maqsud Məmmədov Dekor rəssamı: Fikrət Ələkbərov, Gennadi Tişşenko Qrim rəssamı: N.Veselova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Operator assistenti: A.Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur) Rəssam assistenti: E.Muradova, R.Xanukayeva Redaktor: İsa Hüseynov Çalır: Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı Dirijor: V.Meşşerin Filmin direktoru: Əli Məmmədov Mahnıları ifa edən: Mahnı və Rəqs Ansamblının xor qrupu, Akif İslamzadə, Maarif Qasımov Kadrarxası mətn: Həsənağa Turabov (titrlərdə yoxdur)

Rollarda Bəxtiyar Xanızadə — Qərib; Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz Ələsgər Məmmədoğlu — Əsra Mübariz Əlixanoğlu — Kəsra Əhməd Əhmədov — Riqdas Gündüz Abbasov — iblis Yusif Yulduz — falçı Sadıq Hüseynov — əsir qoca Gümrah Rəhimov — kəndli S.Əliyev-Cəllad Ramiz Əzizbəyli — Əxras Rəşid Mahmudzadə — cin Cəmilə Atayeva — cin Fərəc Fərəcov — qara cin (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Pərviz Bağırov — Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur) Səməndər Rzayev — Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur)

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 232–234. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Həmçinin bax

Kateqoriya:1977-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri