Böyükdüz (əvvəlki adı: Böyük Düz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kəndi Əliabad kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Düz kənd inzibati-ərazi vahidi yaradılmışdır. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyük Düz kənd inzibati ərazi dairəsi tərkibindəki Böyük Düz kəndi Böyükdüz kəndi, Böyük Düz kənd inzibati ərazi dairəsi Böyükdüz kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Toponimikası Böyükdüz Araz çayının sol sahili boyu uzanır. Düzənliyin ümumi meyli Arazın yatağına doğrudur. Yarımsəhra təbiətə malik olan bu ərazidən qış otlağı kimi istifadə edilir. Oronim düzün sahəsinin genişliyini bildirir. Ərazidə Böyükdüz dağı da vardır. Hün. 957 m. Coğrafi obyekt geniş ərazini əhatə etdiyi üçün belə adlandırılmışdır.'') adlı sahədə salındığı üçün belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri Böyükdüz kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1851Qədim duz karxanası e.ə. II-I minilliklərBöyükdüz kəndi yaxınlığı,Duzdağ ərazisiArxeolojiÖlkə1852Orta əsr duz karxanası e.ə. III-XIX əsrlərBöyükdüz kəndi yaxınlığı,Duzdağ ərazisiArxeolojiÖlkə1860I Böyükdüz nekropolu E.ə.II-I minilliklərBöyükdüz kəndiArxeolojiÖlkə1861II Böyükdüz nekropolu II-III əsrlərBöyükdüz kəndiArxeolojiÖlkə1862I Böyükdüz yaşayış yeri E.ə. II-I minilliklərBöyükdüz kəndiArxeolojiÖlkə6069II Böyükduz yaşayış yeri Orta əsrlərBöyükdüz kəndiArxeolojiYerli

Əhalisi Əhalisi 1504 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax Kəngərlilər sülaləsi Kəngərli rayonu

İstinadlar

Kateqoriya:Kəngərli rayonunun kəndləri