Aşağı Zurnabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad kənd inzibati ərazi dairəsində qəsəbə.

Tarixi Burada 1929-cu ildə Azərbaycanda ilk SES-lərdən olan Zurnabad su–elektrik stansiyası tikilmişdir. Su–elektrik stansiyası tikilərkən onun yanında qəsəbə salınmışdır. Qəsəbə Zurnabaddan Aşağıda yerləşdiyi üçün 1966-cı ildən belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Rayon mərkəzindən 9 km cənub-qərbdə, Gəncə çayının sol sahilində, Murovdağ silsiləsinin ətəyindədir.

İstinadlar

Kateqoriya:Göygöl rayonunun qəsəbələri