Platon (; ), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi.

Həyatı Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi.<ref>Guthrie, W. K. C.A History of Greek Philosophy, IV, 10</ref>

thumb|left|Platon və Sokrat. Orta əsr rəsmi

Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır. Dioqenes Laertiusa görə, Platonun əsl adı Aristokl idiДиоген Лаэртский. О жизни, учениях и изречениях знаменитых философов, III .. Platon (yunan sözü olan "Plato" — genişlik) adını isə ona Sokrat vermişdir. Ancaq bu rəvayətin ellinizim dövründə uydurulduğunu iddia edənlər də varGuthrie, W. K. C. A History of Greek Philosophy, IV, 10 (Tarán L., Plato’s Alleged Epitaph, 61).

M.ö. 389-cu ildə Sokratın ölümündən sonra Platon çoxlu səyahətlər etmişdir. Siciliya adasında olarkən orada təsəvvür etdiyi ideal dövləti qurmaq niyyətində olmuşdurСоловьев В. С. Оправдание добра, 3,11, VI . Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdirOlympiodorus. Life of Plato // The Works of Plato: A NEW and literal version. Vol. VI. London: Henry G. Bohn, 1865, pp. 232–233.. Çünki, Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfi fikirləri ilə çıxış etmişdir. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya (yun. ‘Ακαδήμεια) adlanan bir məktəb təsis etmişdirOlympiodorus. Life of Plato // The Works of Plato: A NEW and literal version. Vol. VI. London: Henry G. Bohn, 1865, p. 233..

Fəlsəfəsi Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji (varlıqla bağlı) məsələlərə; eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini mümkün hesab etmişdir.

İdeyalar haqqında Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada (yun. ἰδέα) görürdüТимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. : Мысль, 1994, s. 455–456.. O hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadırТимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. : Мысль, 1994, s. 246–248.. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.

Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək olar. Onların hər biri fərqli varlıq olmasına baxmayaraq, biz onların hamısını "heyvan" adlandırırıq. Halbuki, onların hər biri fərqli varlıqlardır: biri at, başqası siçan və s. Ancaq Platona görə həmin "heyvan" anlayışı təkcə bizim beynimizin məhsulu deyildir. O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və s. onun görüntüləridirlər. Deməli o "heyvan" bunların pərdə arxasında olan ideyasıdır.

Platona görə, bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada "varlıq"dan başqa "yoxluq" da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir. Deməli, yuxarıdakı örnəkdə sözü keçən at, qoyun, bəbir və siçan əslində yoxdur. Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir; başqa tərəfdən isə o həm də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.

İdeyalar aləmi Platonun fəlsəfəsində çoxpilləli və piramida şəkilindədir. Bu piramidanın başında xeyir və həqiqət rəmzi olan Əql (yun. νοῦς) durur, hər şeyin məqsədi də odurAlcinous. The Handbook of Platonizm / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 17–19.. Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdırAlcinous. The Handbook of Platonizm / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 37–38..

Tanrı haqqında thumb|Platon (solda) və Aristotel. Rafaelin rəsmi Platon tanrı barəsində özəl fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı "Demiurqos"dur (yun. Δημιουργός — sənətkar)Тимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. : Мысль, 1994, s. 432.. Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu "yaradıcı" adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monoteistik Tanrıdan fərqlənir. Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir.

Gələcəkdə bəzi qnostik xristian cərəyanlarının təlimində Demiurqos "ikinci" və ya "saxta" tanrı kimi tanınmışdır. Onlara görə həqiqi Tanrı kainatı yaratdıqdan sonra, yerdə hakimiyyəti şər qüvvələr ələ keçirmişdirlər. Onların başçısı da Demiurqos olmuşdur. Bu səbəbdən də dünyada şər vardır.

Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. "Parmenides" dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır.

Hipotezlər Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir. Belə ki, Platon "Parmenides" dialoqundaПарменид / Перевод H. И. Томасова. // Платон. Собрание сочинений в 4-х томах. Том 2.: Мысль, 1990, s. 368–411. hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür. Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir. O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur.

Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da "vardır" və "mövcuddur" ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.

Daha sonra "Vahid yoxdur" iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasibəti baxımından baxılır. Əgər Vahid yoxdursa, onda başqa şeylər nə tək, nə də cəm olaraq düşünülməz, çünki Vahidsiz çoxluq haqqında düşünmək mümkün deyildir.

Ruh haqqında Platon ruh haqqında da düşünmüş və onu bədənə qarşı qoymuşdur. Hər bir insan ideal aləmin və eyni zamanda materiyanın (maddənin) daşıyıcısıdır. Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadırФедон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993, s. 36.. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır.

Platona görə ruhların ağıllı, qəzəbli və nəfsi səviyyələri vardırГосударство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3. М.: Мысль, 1994, s. 212–219.. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün olurAlcinous. The Handbook of Platonizm / Translated by J. Dillon. Oxford University Press, 2002, pp. 22–25..

Ruhların köçməsi Qeyd etmək lazımdır ki, Platon reinkarnasiyaya da inanırdı. O hesab edirdi ki, öz əməllərinə görə insan gələcək həyatda müxtəlif bədənlərdə yeni həyat qazanacaqdırФедон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том .: Мысль, 1993, p. 38.. Ancaq, yetkinlik səviyyəsinə çatmış ruhlar əbədi olaraq bu dünyadan ayrılır və ideyalar aləmi ilə qovuşur. Beləliklə, Platon ruhun maddə (bədən) ilə qovuşmasına bir mənalı baxmırdı. Onun üçün bədən ruhun zindanıdır. Ruh o zindandan qurtarmağa və öz azadlığına qovuşmağa can atır. Ona görə də, insan ruhunu azad etmək üçün dünya ilə bağlarını qırıb ən yüksək məqsəd olan "Xeyrə" yönəlməlidir.

Ruhun öncədən var olması Bundan başqa, Platon ruhların insan bədənində olmasından öncə var olmasına da inanırdıФедон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993, s. 26.. Buna görə də, insan ideal aləmdə olanları xatırlayır. Orada ruh hər şeyi ən mükəmməl və gözəl şəkildə görürdü. O, maddi aləmdə hər şeyin həqiqi mahiyyətini dərk etməyə çalışır və onların ideyalarını yada salır. Sonralar, Platonun "ruhun xatirələri" haqqında fikri apriorizm adlanmışdır.

Ruhun ölməzliyi Platona görə ruh ölməzdir, çünki insanın bilikləri onun ruhunun məhsuludur. Onlar səbəbsiz yaranmır, keçmiş həyatın xatirələridir. Bu baxımdan da bilik itmir və heç bir vaxt yaddan çıxarıla bilməz. Bu da unutma və xatırlama silsiləsini təşkil edir. Platon qeyd etmişdir ki, heç də hər bir insanın ruhu ölümdən sonra tanrılar aləminə ucalmır. Ancaq həyatı boyu özünü tanıma ilə məşğul olan, hər şey haqqında düşüncələrə qapına və həqiqəti axtaranların (filosofların) ruhları bu məqamlara çatır. Filosof olmayan insan isə saflaşaraq tanrılara bilməz. Filosoflar bədənin ölümündən sonra yeni bədəndə dünyaya gəlməzlər. Başqa insanların ruhları isə yaşadıqları həyat tərzinə uyğun olaraq yeni bədənlərə köçürlər.