— bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — bölünür.
Gözün hərəki sinirinin tərkibində: 1) göz əzələlərini (yuxarı çəp və bayır düz əzələdən başqa) və yuxarı göz qapağını qaldıran əzələni innervasiya edən efferent (hərəki) liflər; 2) gözün əksər əzələlərindən proprioseptiv qıcıqları daşıyan afferent (hissi) liflər; 3) göz bəbəyini daraldıcı əzələni və kirpik əzələsini innervasiyaedici (gözün hərəki sinirinin əlavə — vegetativ nüvəsindən çıxan) qanqliondan qabaqki (preqanqlionar) parasimpatikliflər vardır. Bundan əlavə gözün hərəki siniri mağaralı cibi keçərkən mağaralı kələfdən göz alması damarlarına məxsus simpatik liflər, nəhayət göz yuvasının yuxarı yarığını keçdikdə göz sinirindən () hissi liflər qəbul edir.
Beləliklə gözün hərəki siniri gözün yuxarı, içəri və aşağı düz, aşağı çəp əzələlərini, yuxarı göz qapağını qaldıran əzələni, göz bəbəyini daraldan əzələni, akkomodasiyanı tənzim edən kirpik əzələni innervasiya edir və qeyd olunan göz əzələlərindən proprioseptiv qıcıqları (əzələ-oynaq hissini) beyinə daşıyır.
Gözün hərəki sinirinin şaxələri 1. — yuxarı şaxə görmə sinirindən bayır tərəfə çəp istiqamətdə yuxarı və önə doğru gedərək gözün yuxarı düz əzələsinə və yuxarı göz qapağını qaldıran əzələyə şaxələr verir.
2. — aşağı şaxə görmə sinirinin altında yerləşərək üç şaxəyə bölünür: biri — gözün aşağı düz əzələsinə, digəri — gözün içəri düz əzələsinə və üçüncüsü — gözün aşağı çəp əzələsinə daxil olur. Bunlardan başqa aşağı şaxə kirpik qanqlionuna məxsus gözün hərəki sinirindən gələn kök — adlı şaxəcik verir; bu şaxəciyin tərkibi ilə gözün hərəki sinirində olan parasimpatik preqanqlionar sinir lifləri kirpik qanqlionuna gedir.
Kirpik qanqlionu Kirpik qanqlionu — parasimpatik qanqliondur. Gğz yuvasının dal hissəsində görmə sinirinin bayır tərəfində yerləşmişdir, özü də çoxqütblü qanqlioz hüceyrələrdən təşkil olunmuşdur. Bu üç kık (şaxə) alır; Hərəki kök — , hissi kök — və simpatik kök — .
Kirpik qanqlionu hərəki kökünü — gözün hərəki sinirinin aşağı şaxəsindən, hissi kökünü — göz sinirinin adlanan şaxəsindən və simpatik kökünü — simpatik mağaralı kələfdən alır. Hərəki kökü — göz bəbyini daraldıcı əzələyə və akkomodasiyanı tənzim edən kirpik əaələsinə məxsus parasimpatik (preqanqlionar) liflər, hissi kökü — göz almasına məxsus liflər (ağrı, hərarət və təzyiq qıcıqlarını daşıyan liflər) və simpatik kökü — göz bəbəyini genəldici əzələyə məxsus hərəki və göz alması damarlarına məxsus vazomotor liflər daşıyır. Kirpik qanqlionundan qısa kirpik sinirləri — adlanan kiçik şaxələr xaric olur; bunlar göz almasının dal tərəfində göz ağını dələrək onun özündə damarlı qişada, buynuz qişasında, kirpikli cisimdə və güzehli qişada şaxələnir və yuxarıda göstərilən törəmələri innervasiya edir.
İstinadlar
Kateqoriya:Gözün hərəki siniri Kateqoriya:Otorinolarinqologiya Kateqoriya:Göz