İkitənəffüslülər () — xoanlar yarımsinfinə aid dəstəüstü.

İkitənəffüslülər həm qəlsəmə, həm də ağciyərlə tənəffüs edirlər (adı da buradandır). Bədəni uzunsov, bəzilərində yanlardan basıqdır, digərləri ilanbalığına oxşayır. İkitənəffüslülərin 12 fəsiləsi var; 9-u qazıntı halında tapılmış, 3-ü isə qərnidiş () Avstraliyada, lepidosiren () Cənubi Amerikada, protopterlər () Mərkəzi Afrikada yaşayır. İkitənəffüslülər şirin su balıqlarıdır. Uzunluqları 2 m-dəkdir.

İkitənəffüslülər onurğasızlar, balıqlar və amfibiyalarla qidalanır. Qərnidişin ovlanması qadağandır. Lepidosiren və protopterlər quraqlıq dövrdə qış yuxusuna gedirlər. Qazıntı halında tapılan ikitənəffüslülərin şirin suda yaşadıqları güman edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xoanlar Kateqoriya:Xordalılar