Ənvər Məcid oğlu Behbudov () — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər.
Həyatı Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə anadan olmuşdur. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944–1946), Xabarovsk (1946–1948), Novosibirsk (1948–1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954–1959) və M. Qorki adına Dram Teatrında (Rostov, 1959–1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M. Şatrov), "Kənar adam" (1972, M. Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:XX əsr teatr rejissorları