Zubr və ya Avropa bizonu () — boşbuynuzlular fəsiləsindən məməli növü.
Etimologiya XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi.Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), Bakı, 1909, Зубръ — داغ كلى — даг-кели (s.123) Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür.
Xüsusiyyətləri Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır. İldə bir buzov doğur. Zubr qışda söyüd, qovaq və s. ağacların qabığını, həmçinin ağac və kolların zoğ və tumurcuqlarını, yayda isə ot və yarpaq yeyir. Sürü ilə yaşayır.
Arealı Tarixi dövr ərzində zubr Mərkəzi Avropa meşələrində və Rusiyanın Avropa hissəsinin qərbində yayılmışdır. XX əsrədək vəhşi zubrlar yalnız Rusiyada 2 yarımnövü — Belovejskaya puşşada (100 baş təmizqanlı dağ kəli) düzənlik, Belovejsk zubru və Şimal-Qərbi Qafqazın dağ meşələrində dağ, Qafqaz zubru qalmışdı. Qafqaz zubrunun erkəyi ilə Belovejsk zubrunun dişisindən Qafqaz—Belovejsk zubru alınmışdır. Zubrların sayını bərpa etmək məqsədi ilə xüsusi məntəqələr yaradılmışdır. 25 ölkədə, o çümlədən ABŞ və Kanadada yetişdirilir. Rusiyada Okaboyu-Terras və Oka (Rusiya Federasiyasının Ryazan vilayəti) qoruqlarında, Polşada zubr yetişdirilməsi daha müvəffəqiyyətlə həyata keçirilir. Artıq Belovejskaya puşşada, Karpatda və Qafqazda vəhşi zubrların yeni sürüləri yaradılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bizonlar Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar Kateqoriya:Nəsli kəsilmək təhlükəsi altında olan heyvanlar Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa məməliləri Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Asiya faunası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Belarusun dövlət rəmzləri