Yunis Qəhrəman oğlu Rzayev () — Azərbaycan, Ermənistan sovet ictimai və dövlət xadimi.

Həyatı Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur.

1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Yunis Rzayev 1962–1963-cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.

Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir.

Böyük ictimai xadim Yunis Rzayev VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməyi dövlət tərəfindən "Lenin", "Oktyabr İnqilabı", üç "Qırmızı Əmək Bayrağı" ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Məhərrəm Musayev, Mikayıl Bayramov, Ənvər Rzayev (əmi oğlu) və Tapdıq Əmiraslanovun qudasıdır. 2004–2013-cü illərdə Azərbaycanın Kənd Təsərrüfatı naziri olmuş İsmət Abasovun qaynatasıdır.

İstinadlar

Ədəbiyyat Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.69–70. Tofiq Hüseynov. "Yaddaşlara həkk olunmuş mənalı ömür". "Respublika" qəzeti, 23 yanvar 2005. Tofiq Hüseynov. "Dünyanın şirnisin, acısın daddım", Bakı, "Təbib", 2006. səh.180–182. Çingiz Fərəcov. "Həyatın burulğanında". "Ədəbi İrəvan-2006", Bakı, Nurlan nəşriyyatı, 2007. səh.449–460. "Kənd həyatı" qəzeti, 3 may, 2010, № 05(8581) Qədir Aslan, "Qəlblərdə yaşayan insan", "Respublika" qəzeti. 2013.- 19 aprel.- Səh. 8. Bayramov, Vaqif. "Şərəfli ömür yolu", Üzümçülük və Şərabçılıq Komitəsinin sədri — Yunis Qəhrəman oğlu Rzayev / V. Bayramov // Xalq qəzeti. — 2013. — 28 aprel Məmməd Əfşan. Mən görən kişilər / Ə. Məmməd. I kitab. — Bakı: Azərbaycan nəşriyyatı, 2002.

Xarici keçidlər

Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Ermənistan Kommunist Partiyası Vardenis Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Ermənistan Kommunist Partiyası Krasnoselo Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Ermənistan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Vardenis Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri