Bar Rafaeli (; ) — israilli model, aktrisa və aparıcı. 2019 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

İsrail və ABŞ-də Pilpel, Castro və Victoria's Secret kimi məşhur markaların kataloqlarında model kimi yer almışdır. Məşhur aktyor Leonardo DiKaprio ilə olan əlaqələri ilə gündəmə gəlmişdir. 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-də baş səhifədə yer almışdır.

Həyatı Rafaeli, 4 iyun 1985-ci ildə israilli yəhudi ailə olan Rafael və Tzipi cütlüyünün uşağı olaraq dünyaya gəldi. Bar Rafaelinin üç qardaşı var. Anası Tzipi Levini 1970-ci illərdə İsraildə olduqca məşhur model idi. Bar Rafaeli modellik karoyerasına ilk olaraq hələ səkkiz aylıq uşaq olanda reklam kampaniyaları ilə başladı. 15 yaşında isə profesional model olaraq işləməyə başladı.

Karyerası Bar Rafaeli Elle, Maxim, Cosmopolitan, Vogue kimi olduqca məşhur jurnallarda yer aldı. Həmçinin Bonita de Mas, Victoria's Secret, Hurley International, Passionata, Pilpel, Agua Bendita kimi məşhur markaların üzü oldu. Həmçinin Rafaeli 2009-cu ildə Sports Illustrated Swimsuit Issue-nin baş səhifə modeli olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:İsrailin televiziya aparıcıları