Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ayan Mirqasımova, Ketevan Boçorişvili, Kamal Xudaverdiyev, Kazım Abdullayev, Ramiz Məlikov ifa edirlər.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Məzmun Balaca Nailə (Ayan Mirqasımova) cəmi bir neçə günlüyə adaya, nənəsinin (Ketevan Boçorişvili) yanına qonaq gəlir. Lakin, bu qısa müddətdə çoxlu yeniliklər öyrənir, onun uşaq qəlbi gah kövrəlir, gah sevincdən coşub daşır: Nailə suitilərlə qarşılaşır, başqa yuvaya soxulmaq istəyən qağayının digər quşlar tərəfindən necə məhv edilməsinin şahidi olur.
Festivallar və mükafatlar 1)1980-ci ildə Kiyevdə XI Respublika "Gənclik-80" kinofestivalı Ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə filmə münsiflər heyətinin Diplom və Prizi verilmişdir.
2)1981-ci ildə İrəvanda IX Ümumittifaq televiziya filmlərinin festivalı Uşaqlar üçün ən yaxşı filmə, insanla təbiətin vəhdəti kimi mürəkkəb fəlsəfi mövzunun istedadla açılmasına, yüksək təsvi ustalığına görə filmə Baş Mükafat və Diplom verilmişdir.
3)1982-ci ildə Ssenarist Nadejda İsmayılovaya, quruluşçu rejissor Gülbəniz Əzimzadəyə, quruluşçu operator Hüseyn Mehdiyevə və quruluşçu rəssam Mais Ağabəyova Azərbaycan Komsomolu Mükafatı verilmişdir
Film haqqında Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Nadejda İsmayılova Quruluşçu rejissor: Gülbəniz Əzimzadə Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Mais Ağabəyov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Marat İsgəndərov Rejissor: Səməd Lazımov Operator: Amin Novruzov Geyim rəssamı: Gülbəniz Əzimzadə Montaj edən: Nisə Hacıyeva Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev] (S. Musayev) Məsləhətçi: A.Ağayev, E.Məmmədova Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi) Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Oxuyur: Moskva Kamera Xoru Dirijor: A.Petuxov Filmin direktoru: Nadir Əliyev
Rollarda Ayan Mirqasımova — Nailə Ketevan Boçorişvili — Mədinə Kamal Xudaverdiyev — İlyas Kazım Abdullayev — ovçu Ramiz Məlikov — gəmi kapitanı Cəvahir Bayramova — Mədinənin dublyoru M.Nuriyev
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298; 311. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri