Biokimya (bioloji və ya fizioloji kimya) – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini, onların çevrilmələrini, eləcə də, orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən kimyəvi prosesləri, maddələr mübadiləsini öyrənən elmdir.S. F. Qarayev, P. Ş. Məmmədova, A. Q. Həbibova Q 21 Biokimyanın əsasları. B.: "Təfəkkür" NPM, 2002, səh. 360

Biokimyanı adətən, statik, dinamik və funksional biokimyaya bölürlər.

Statik, dinamik və funksional biokimya Statik biokimyanın qarşısında qoyulan məsələ – canlı orqanizmlərdəki maddələrin kimyəvi tərkibini və xassələrini öyrənməkdir. Dinamik biokimyanın qarşısında duran məsələ – həyat fəaliyyəti prosesindəki maddələr mübadiləsinin və bununla əlaqədar orqanizmdə yaranan məhsulların kimyəvi tərkibinin öyrənilməsidir.

Biokimya, orqanizmin toxumalarının tərkib hissələri olan müxtəlif üzvi maddələrin sintezini təmin edən kimyəvi reaksiyalardan (assimilya-siya) və həm də potensial enerjiləri orqanizm tərəfindən istifadə olunan və üzvi maddələrin parçalanmasına gətirib çıxaran reaksiyalardan (dissimilyasiya) ibarət olan maddələr mübadiləsi proseslərini öyrənir. Assimilyasiya və dissimilyasiya prosesləri bir-birilə qarşılıqlı əlaqəlidir. Bu proseslər birlikdə orqanizm və ətraf mühit arasında maddələr mübadiləsini təşkil edir ki, bu da həyat fəaliyyətinin ən xarakterik xüsusiyyətidir.

Funksional biokimyanın məqsədi, bütövlükdə orqan və orqanizmlərin funksiyalarının aşkar olunmasının əsasını təşkil edən maddələrin çevrilmələrinin kimyəvi qanunauyğunluqlarını öyrənməkdir. Qeyd etmək lazımdır ki, bu bölünmələr şərtidir. Statik, dinamik və funksional biokimyalar bir-birilə sıx əlaqəlidırlər. Müşahidə obyektindən asılı olaraq insanların və heyvanların biokimyalarını, bitkilərin biokimyasını, mikroorqanizmlərin biokimyasını bir-birindən fərqləndirirlər. Bunlar bir-biri ilə sıx bağlı olsalar da, hər birinin spesifık xüsusiyyətləri vardır.

Biokimyanın bölmələri Tədqiqatların istiqamətine görə biokimya bölmələrə ayrılır: Texniki biokimya – bioloji mənşəli xammal və materialların emalı ilə məşğul olan sənaye sahələrinin (çörək bişirmə, pendir hazırlama, şərabçılıq) biokimyəvi əsaslarını işləyib hazırlayır; Tibbi biokimya – insan orqanizmində gedən normal və patoloji biokimyəvi prosesləri öyrənir: Təkamül biokimyası – müxtəlif canlı orqanizmlərin tərkibi, maddə və enerji çevrilmələrinin yollarını təkamül nöqteyi-nəzərindən müqayisəli surətdə öyrənir; Kvant biokimyası – canlı orqanizmlərin müxtəlif maddələrinin xassələrini, funksiyalarını və çevrilmə yollarını, onların kvant-mexaniki hesablamalar yolu ilə alınmış elektron xarakteristikaları ilə əlaqəli surətdə tədqiq edir; Enzimologiya – bioloji katalizatorlar olan sistemlərin (fermentlərin) quruluşu, xassələri və təsir mexanizmini öyrənir. Bütün digər elmlərə nisbətən o, fiziologiya ilə sıx bağlıdır. Funksional biokimya fiziologiya ilə biokimya elmlərini bir-birinə yaxınlaşdırır.

Biokimyanın əsas məsələlərindən biri – bu və ya digər orqanın funksiyası ilə bilavasitə bağlı olan kimyəvi proseslərin xüsusiyyətlərini aşkar etməkdir.

Biokimyəvi proseslərin gedişinə orqanizmin fızioloji funksiyalarının, birinci növbədə sinir sisteminin vəziyyəti həlledici təsir göstərir. Hər hansı bir fizioloji prosesin təbiətini düzgün müəyyən etmək üçün baş verən biokimyəvi reaksiyaları bilmək lazımdır. Təəccüblü deyildir ki, XIX əsrin ikinci yarısına qədər biokimya müstəqil elm deyil, fıziologiyanın bir hissəsi idi. Tədricən bioloji biliklərin artması ilə əlaqədar olaraq, biokimya fıziologiyanın aparıcı bölmələrindən birinə, sonralar isə müstəqil elm sahəsinə çevrildi.

Canlı orqanizmlərin kimyəvi tərkiblərinin öyrənilməsi, toxumalardan fərdi maddələrin ayrılması, onların tərkiblərinin və quruluşlarının müəyyən edilməsi, bu maddələrin sintez edilməsinin mümkünlüyü -biokimya elmini üzvi kimya elmi ilə yaxınlaşdırır. Bununla yanaşı, biokimya üzvi birləşmələrin canlı orqanizmin maddələr mübadiləsinin ümumi sistemində çevrilmələrinin öyrənilməsini, onların həyat fəaliyyətindəki rolunun müəyyən olunmasını öyrənir.

Biokimyanın fıziki kimya ilə əlaqələri ildən ilə artır. Həyati proseslərin gedişatı üçün biokimyəvi reaksiyaların sürəti, onların temperaturdan, mühitin aktiv reaksiyasından və osmatik hadisələrdən asılılığı böyiik əhəmiyyət kəsb edir. Biitün bu məsələlər eyni zamanda həm biokimya, həm də fıziki kimyanın bilik sahəsinə aiddir. Son zamanlar biokimyəvi todqiqatlar zamanı fıziki-kimyəvi və fıziki metodlardan olan xromatoqrafıyadan, elektroforezdən, rentgen-struktur analizindən, spektroskopiyadan, elektron-paramaqnit rezonansından (EPR), nüvə-maqnit rezonansından (NMR). nişanlanmış atomlar metodundan və s. geniş istifadə edilir. Beləliklə, fıziki-kimyəvi biologiya adh yeni elmi istiqamət formalaşmışdır. Riyaziyyatın da biokimya elminin inkişafında xidmətləri böyükdür. Belə ki. son zamanlar biokimyada riyazi modellərin totbiqi. Müasir biokimyəvi tədqiqatlarda EHM-dən istifadə olunması, riyaziyyat elminin biokimyaya geniş tətbiqini təsdiq edən amillərdir.

Biokimyəvi biliklərin tarixi Biokimyəvi biliklərin tarixi və biokimyanın bir elm kimi inkişafını dörd dövrə bölmək olar: 1-ci dövr – qədim dövrlərdən İntibah dövrünə qədər (XV əsr). Bu dövrdə insanlar biokimyəvi proseslərin nəzəri əsaslarını bilmədən təcrübədə onlardan istifadə edirdilər: çörək bişirmə, süd məhsullarının hazırlanması, şərabçılıq və s. Xəstəliklərin müalicəsi üçün müxtəlif otlardan istifadə etməklə bitkilərin müalicəvi əhəmiyyəti öyrənilirdi. 2-ci dövr – İntibah dövründən XIX əsrin ortalarına qədərki dövrü əhatə edir. Bu dövr biokimyəvi biliklərin çoxalması ilə xarakterizə olunur. Bu dövrdə biokimya fiziologiya elminin bir bölməsi kimi fəaliyyət göstərirdi. Orta əsrlərdə əlkimyaçılar tədricən nisbətən mürəkkəb təbii üzvi birləşmələrin tərkibləri haqda məlumatlar toplamağa başladılar. XVI–XVII əsrlərdə əlkimyaçıların əldə etdiyi biliklər yatrokimyagərlərin (iatros-yunanca-həkim, təbib) əsərlərində öz əkslərini tapdı. Bu istiqamətin tərəfdarlarının fikrincə insanın həyat fəaliyyətini, onun xəstələnməsinin səbəblərini yalnız kimyəvi nöqteyi-nəzərdən izah etmək olar və bunların müalicəsi də yalnız kimyəvi maddələrin tətbiqi ilə aparılmalıdır. İlk anlarda sintez üsullarının işlənib hazırlanması zamanı və əsasən karbon tərkibli birləşmələri sintez edərkən alimlər çətinliklərlə rastlaşırdılar. Qarşıya çıxan çətinliklərin səbəblərini, alimlər birləşmələrin canlı orqanizmlərdə xüsusi yollarla "həyati qüvvələrin" köməyilə əmələ gəlməsi ilə izah edirdilər. Üzvi biıiəşmələrin sintezi haqda bu cür vitalistik nəzəriyyə o zamankı elmdə möhkəm kök salmışdı. 1828-ci ildə Berseliusun tələbəsi Völer qeyri-üzvi birləşmədən insanların, məməlilərin, amfibiyaların və balıqların sidiklə xaric etdikləri sidik cövhərini almaqla bu nəzəriyyəni alt-üst etdi.

M. V. Lomonosov "Maddə kütləsinin saxlanması" qanununun kəşfı ilə təbiətşünaslıqda yeni istiqamətin, təbiət hadisələrinin və təbiətin anlaşılmasının bünövrəsini qoydu. Bu qanun kimya, biologiya və digər elmlər üçün yeni dövrün – maddə miqdarının dəqiq ölçülməsi dövrünün başlanğıcı oldu. M. V. Lomonosovun kəşf etdiyi maddə kütləsinin saxlanması qanununa əsaslanaraq və o vaxta qədər əldə olunmuş nailiyyətlərdən istifadə edərək XVIII əsrin sonunda fransız alimi Lavtıazye tənəffüs prosesini kəmiyyətcə tədqiq etməkle onun mahiyyətini və bu prosesdə oksigenin rolunu izah etdi.

1861-ci ildo böyük rus alimi A. M. Butlerov üzvi birləşmələrin quruluş nəzəriyyəsini kəşf etmeklə üzvi kimyanın və bioloji kimyanın inkişafına böyük təkan verdi Butlerov ilk dəfə olaraq laboratoriya

şəraitində şəkəri sintez edərək bioloji kimya elminə daha bir layiqli töhfəsini verdi. XIX əsrin 50-ci illərində məşhur fransız fızioloqu K. Berner qaraciyərdən qlikogeni ayıraraq onun qanda qlükozaya çevrilməsini sübut etdi. 1868-ci ildə F. Mişer, alman fızioloqu və biokimyaçısı Qoppe-Zeyler DNT-ni kəşf etdilər, lakin bu kəşf öz layiqli qiymətini yalnız 100 ildən sonra ala bildi. Biokimya elminin 3-cü dövrü XIX əsrin ikinci yarısına təsadüf edir ki, bu dövrdə biokimya müstəqil bir elm kimi fiziologiyadan ayrılır və bu da biokimyəvi tədqiqatların sayı və dərinliyinin artması ilə əlaqədardır. İnsanın gündəlik tələbatında istifadə olunan, əvvəllər canlı orqanizmlərdən alınan bir çox maddələr bu dövrdə artıq təkcə laboratoriyalarda yox, sənaye üsulu ilə də istehsal olunmağa başladı. Məşhur biokimyaçı alim A. Y. Danilevskinin tədqiqatları bu dövrə aid edilə bilər. Zülalların quruluşunu tədqiq edərək o, bir sıra nəzəriyyələrin əsasını qoymuşdur ki, bunlar da sonradan zülalların quruluşunun polipeptid nəzəriyyəsinin əsasını təşkil etmişdir. O, zülal tipli maddələrin fermentativ sintezini həyata keçirmişdir. Fermentlərin adsorbsiya və desorbsiya yolu ilə parçalanması və təmizlənməsinin orijinal metodunu kəşf etmişdir.

XIX əsrin sonunda və XX əsrin əvvəllərində alman üzvi kimyaçısı və biokimyaçısı E. Fişer biokimya elminin inkişafına böyük təkan vermişdir. O, əsası A. Y. Danilevski tərəfindən qoyulmuş zülalların polipeptid nəzəriyyəsini inkişaf etdirmişdir. Fişer zülallara daxil olan, demək olar ki, bütün aminturşuların quruluşunu verərək onların xassələrini tədqiq etmişdir.

Təbiət elmlərindəki nəticələri öyrənərək, V. İ. Vernadski ilk biogeokimya tezisini irəli sürdü və biogeokimyanın əsas prinsiplərini formalaşdırdı: canlı maddənin tərkibindəki kimyəvi elementlər bir-birinə bağlıdır. Bir sıra elementlər hər hansı bir canlı orqanizm üçün həyati əhəmiyyət kəsb edir. Canlı orqanizmlərin fizioloji və biokimyəvi reaksiyaları öz həyat fəaliyyətlərində kifayət miqdarda kimyəvi element istifadə edir. Beləliklə, kimyəvi elementlərin biogen miqrasiyası və geoloji proseslərdə növlərin təkamülü məsələlərində; 1) biosferdəki kimyəvi elementlər həmişə özünün maksimum təzahürünə meyillidir; 2) geoloji proseslər biosferdə biogen miqrasiyanı artırır və davamlı həyat formalarının yaranmasına – təkamülünə səbəb olur.

XX əsrin 40-cı və 50-ci illərində biokimyəvi tədqiqatlarda fıziki, fıziki-kimyəvi və riyazi metodlardan geniş istifadə olunmuş, həyati proseslər (zülalların sintezi) molekul səviyyəsində öyrənilmişdir.

D. Uotson və F. Krik DNT-nin qııruluşunun ikiqat spiralı haqqında məqalələri ilə yeni elmi istiqamətin – molekulyar biokimyanın əsasını qoydular ki, bu da biokimyanın inkişafının 4-cü dövrü adlana bilər. Müasir zamanda biokimya elmi qarşısında insan cəmiyyəti üçün çox vacib olan mühüm problemlərin – "əsrin bəlası" olan xərçəng xəstəliyinin baş verməsi səbəblərinin öyrənilməsi, onun qarşısının alınması və müalicəsi üçün effektiv yolların tapılması, ürək-damar xəstəliklərinin profılaktikası və müalicəsi, insan ömrünün uzadılması və s. kimi məsələlərin həlli durur. Fundamental biokimyəvi tədqiqatlar bu problemlərin həllinin əsasını təşkil edir.

Azərbaycanda bioloji kimyanın inkişaf tarixi Canlı orqanizmlərin tərkibinə daxil olan maddələrin kimyəvi təbiətini, onların toxumadaxili çevrilmələrini və həmin çevrilmələrin orqan və toxumaların fəaliyyəti ilə əlaqəsini öyrənən bioloji elm sahəsi olan biokimya (bioloji kimya) elminin bəzi istiqamətləri insanları qədim zamanlardan maraqlandırmışdır, lakin bu elm sahəsi yalnız XVIII–XIX əsrlərdən etibarən ibtidai şəkildə inkişaf etməyə başlamış, XX əsrdə isə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.