Vəfa Sultan (), qızlıqda Vəfa Əhməd () — sekulyar aktivist, psixoloq və islam tənqidçisi.

Həyatı Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır.

Xarici keçidlər Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 26 iyul 2005. Vəfa Sultanın Əl-Cəzirə telekanalında çıxışı. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 21 fevral 2006.

Kateqoriya:Aktivistlər Kateqoriya:ABŞ-nin qadın yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Suriya yazıçıları Kateqoriya:İslamın tənqidi