Qaçaq Nəbi () — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.
Həyatı Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir.
Ailəsi Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır.
Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir.
Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyirdi. Nəbi buna dözməyib mülkədara müqavimət göstərir. Bundan sonra qaçaq düşür. Özü kimi narazı kəndlilərdən dəstə düzəldir. Onun dəstəsi Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edir. O, kəndliləri zülümkarlardan müdafiə edirdi. Mülkadarların var dövlətini alaraq kəndlilərə paylayırdı. Arvadı Həcər də Qaçaq Nəbinin silahdaşı idi. Çar hökuməti 20 il qaçaq Nəbini dəstəsini məhv etməyə çalışmışdır. Lakin məqsədinə nail ola bilməmişdi. Sonda 1896-cı ildə martın 12-də satılmış iki xain qəflətən Nəbiyə hücum edərək onu öldürmüşdülər.
Qaçaq Nəbinin ailə üzvləri bunlardır: Atası – Alı Anası – Mehri Qardaşları – Mehdi, Məcid Həyat yoldaşı – Həcər Uşaqları – Xəlil, Əhməd, Zeynəb, Məhəmməd
Haqqında Qaçaq Nəbi dastanı, 1938 (Ə.H.Tahirov). "Qaçaq Nəbi" dastanı, 1941 (Əhliman Axundov). "Qaçaq Nəbi" dastanı, 1961 (Ə.Axundov). "Qaçaq Nəbinin tarixi", nəşr: 2011 (Bəhlul Bəhcət). "Qaçaq Nəbi" pyesi (Süleyman Rüstəm). "Bozatın Belində" romanı (Cəlal Bərgüşad)
Filmoqrafiya Qanlı zəmi (film, 1985)
Mənbə * Hacı Nərimanoğlu. Qaçaq Nəbi tarixdə, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə. Bakı: Mütərcim, 2021. – 208 səh. Nərimanoğlu Hacı "Elin bu günündə gələydin, Nəbi", "Aydınlıq" qəzeti, 1988. Nərimanoğlu Hacı "Yaddaş", "Gənclik" jurnalı, may 1989. Nərimanoğlu Hacı Qubadlısız 16 il, "Nurlan", 2009. Nərimanoğlu Hacı QHT sədrindən ADP sədrinə cavab, https://zengezur.com/index.php/mzhallr/72-zhht-sdrindn-etiraz-hedz-olmasa-allahdan-fv-dilyin-ki-zhuenahnzdan-kedzsin-srdar-hkim Nərimanoğlu Hacı QHT sədrindən millət vəkilinə cavab, yaxud bir daha Qaçaq Nəbi, Qoçaq Həcər haqqındahttp://zengezur.com/index.php/9-xbrlr/298-zha-azh-n-bi-hazhzh-nda-bir-yaz-ya-dzavab Nərimanoğlu Hacı Qaçaq Nəbi haqqında sərsəm uydurmaya cavab, https://sumqayitxeber.com/qht-sedrinden-millet-vekiline-cavab-yaxud-bir-daha-qacaq-nebi-qocaq-hecer-haqqinda/ Nərimanoğlu Hacı “Elin bu günündə gələydin, Nəbi”, “Aydınlıq” qəzeti, 12 aprel 1988-ci il Nərimanoğlu Hacı “Yaddaş”, “Gənclik” jurnalı, may 1989-cu il Nərimanoğlu Hacı “Qubadlısız 16 il”, Elm və Təhsil, 2009, s.45-52 Nərimanoğlu Hacı "Qaçaq Nəbinin ölümündən 115 il ötür" məqaləsi, "Bütöv Azərbaycan" qəzeti. 16 mart 2011. № 09(97). səh.16.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qaçaqlar Kateqoriya:Qətl qurbanları