Atropatenlilər — Atropatena ərazisində yaşamış və Azərbaycanlıların formalaşmasında mühüm rol oynamış tayfalardan biri. Atropatenilər özlərindən əvvəl Azərbaycan ərazisində yaşamış digər etnoslar – madaylar, mannalar, kutilər, kassilər və digərlərinin etnik varisləri olmuşlar.

Tarixi

E.ə. II minilliyin ortalarında Midiyanın bir hissəsi – məhz indiki Güney Azərbaycan ərazisini əhatə edən, mənbələrdə Kiçik Midiya adı ilə adlanan hissəsi əhalinin etnik mənsubiyyətinə görə Böyük Midiyadan ayrılır. Q. Qeybullayev qeyd edir ki, bu Azərbaycan ərazisində qabaqkı əsrlərdə getmiş etnik prosesin nəticəsi idi: mannalar, madaylar, kaslar və b. qədim etnoslar əsasında Azərbaycanda yeni etnos formalaşmışdı. Er. əv. IV əsrdən sonra Kiçik Midiya ölkəsi və xalqı Atropatena adlandırılır. VI əsrə aid Dərbənd qala divarında epiqrafik abidədə Aturpatkan adının yazılması Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992 özlüyündə göstərir ki, Atarpatkan bu ölkənin rəsmi adı idi. Lakin yerli əhalinin bu adı necə tələffüz etdiyini bilmirik Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994 . Burası məlumdur ki, artıq VII əsrdə ərəb müəllifləri bu adı Azərbaycan kimi yazırdılar.

Bununla belə bir düyün açılmamış qalır: bir tərəfdən er. əv. III – II əsrlərdə yaşamış antik müəllif Polibiy Polibiy, V, 55 yazır ki, Atropaten çarlığı hələ farsların (yəni Əhəmənilər sülaləsinin) vaxtından qalmışdır. Digər tərəfdən tarixşünaslıqda ― Azərbaycan adı Makedoniyalı İsgəndərə qarşı Əhəməni ordusunun başçılarından biri olmuş Atropatın adı ilə əlaqələndirilir.

Madalıların işğalı, Cənubi Azərbaycan torpaqlarının uzun müddət ərzində Mada dövlətinin, sonra isə Mada satraplığının tərkibində olması, hələ Əhəməni hakimiyyətinə qədərki dövrdə burada Mada etnik elementlərinin geniş surətdə məskunlaşması sayəsində bu ərazidə tədricən yeni etnik birliyin əsasları təşəkkül tapmağa başladı. Bu etnik birliyi Mada – Atropatena xalqı adlandırmaq olar. Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar.

Mada işğalından sonra Manna xarici aləm tərəfindən Madanın tərkib hissəsi, "Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At a/u rpatakan, Atropat Madası, Kiçik Mada, Atropatiya, Atropatena) onu əhatə edən xalqların təsəvvüründə Böyük Madanın bir qismi, ölkənin əhalisi isə madalılar kimi qavranılırdı. Mənbələrin əksəriyyətində Atropatena Madanın bir qismi hesab olunur. Məsələn, Strabon kimi məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və bir çox başqaları) və digər mənbələrdə Cənubi Azərbaycanın əhalisi "madalılar" adlandırılırdılar.

"Mada" və "Atropatena", habelə "madalı" və "atropatenalı" istilahları əsrlər boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər dövründə bir sıra mənbələrdə daha əyani surətdə izlənilir. Bu baxımdan məşhur Rüstəmin nümunəsi xüsusilə maraqlıdır. VII əsrin erməni müəllifi Sebeos Rüstəmi gah Asxarh maraö-ın (madalılar ölkəsinin) sərkərdəsi, gah da Atrpatkanın (Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin Rüstəm "əl-azəri", yəni azəri adlandırılır, bu isə son nəticədə elə "azərbaycanlı" deməkdir.

Tarixşünaslıqda atropatenlilərin iran dilli olması barədə müxtəlif dövrlərdə fərqli fikirlər söylənmişdir. Lakin sonrakı araşdırmalar bütün bu fikirlərin əsassız olduğunu orta çıxarmışdır. Q. Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən adlı əsərində yazır: "... guya "kaspi", "Zaqr-Elam", "hürri" və s. dillərində danışmış mannalar İrandilli midiyalılar tərəfindən assimilyasiya adilmiş və er. əv. IV əsrdən sonra İrandilli Atropaten xalqı yaranmış, XI-XII əsrlərdən sonra isə türkləşmişlər. Lakin sonrakı araşdırmalar mannaların və madayların türkmənşəli olduğunu göstərən danılmaz sübutları ortaya çıxardı. Əgər bu belədirsə, onda türk mannaların və madayların əsasında İrandilli yox, elə türkdilli Atropaten xalqı yarana bilərdi."

Atropat İrandilli xalqa mənsub adam deyildi. Strabon açıq yazır ki, Atropat midiyalı idi Strabon, XI, 13, I. Midiyalı isə fars deyil. Deməli, Atropat əslində Atarpat, yaxud Adarbad adının qədim yunanca yazılış formasıdır. Bunu IX əsr ərəb coğrafiyaşunası İbn əl Fəqihin həmin adı Adarbad (Adzarbadz) kimi yazması da İbn əl Fəqih, I, 36 göstərir. İbn əl Fəqihə görə Adarbadın atasının adı İran, babasının adı Asvad imiş . Müəllifin İran kimi yazdığı ad əslində Eran, yaxud Arandır Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh, 213Abdulla Fazili – Atropatena, Bakı, 1993. Müəllif sadəcə olaraq bu şəxs adını tanış olduğu İran adı ilə qarışdırmışdır. Türkcə erən, ərən – igid, cəsur deməkdir. Asvad şəxs adı isə türkmənşəli Asbat adının fonetik şəklidir. Bu ad türkcə as – iltifatlı, mərhəmətli, nəvazişli, əziz, yaxud as, es – ağıllı, zəkalı və bat – bahadır sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan "bat" sözü qədim türkmənşəlidir. Orta Asiyada Eftalit (Ağhun) dövlətinin IV əsrdə başçısı Qrumbat, VI əsrdə bolqar xanı Kurbat (əslində Kurbat, türkcə kur – səbatlı, məğrur və bat sözlərindən) və başqa şəxs adlarında bu söz vardır. Deməli, Atropatın mənsub olduğu nəsil Midiyanın adqoyma ənənələrini davam etdirirdi. X əsr ərəb coğrafiyaşunası Əl Müqəddəsi Atropatın atasının adını Beyvarasif babasının adını isə Əsvad (yəni Aspad) kimi qeyd edir Əl Müqəddəsi, I, 130. Q. Qeybullayev qeyd edir ki, Bəyvarasif kimi yazılmış ad Əfrasiab adının təhrifidir. İbn Xordadbeh Cənzə – Əbərvizin şəhəri ifadəsini işlədir İbn Xordadbeh, I, 16. Ehtimal ki, bu ifadədə bəzi tədqiqatçıların yazdığı kimi farsmənşəli Pərviz yox, türkmənşəli Bəyvarasif şəxs adının təhrifi olan Əbərviz adını görmək lazımdır. Orta fars dilinə aid bir mənbədə deyilir ki, Atropatakanın paytaxtını Eran Quşnasp tikmişdir Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 17. Bu qiymətli fakt Atropatın atası İranın əslində Erən, Ərən, Eran olması haqqında yuxarıdakı alimlər tərəfindən rəli sürülən fikri təsdiqləyir. Mənbələrdən məlumdur ki, Atropatenanın paytaxtı Gəncək şəhəri idi. Fars dilindəki mənbədə isə göstərilir ki, Adurbadaqan tərəfdə Qənzək şəhərini turanlı Əfrasiab tikmişdir Касумова С. Ю. Азербайджан в III—VII вв. Баку, 1992, səh 119. Buradan belə nəticə alınır ki, Gəncək şəhərini Atropatın dədə – babası paytaxt etmişdir və bu nəsil türkmənşəli idi. Ola bilər ki, Bəyvarasif həqiqətən tarixi şəxsiyyətdir ki, bu da türklərdə Bərbays (bəy və bars – bəbir sözlərindən) və türkcə ip – bacarıqlı, mahir, fərasətli Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I cild, səh 287 sözlərindən ibarətdir.

İbn Xordadbeh Od məbədini Azərcuşnas kimi qeyd edir Ibn Xordadbeh, I, 16. Q. Qeybullayev isə qeyd edir ki, bu ad əslində Erançuşnas olmalıdır, çünki bu məlumatda katiblərin səhvi üzündən Eran sözü Azər kimi getmişdir. Gəncə toponiminin isə saklarla bağlı Gəncək etnonimindən yaranmışdır. Atropatenanın baş Od məbədi bu şəhərdə yerləşirdi və onu 623 – cü ildə Bizans imperatoru İrakli dağıtmışdır. Deyilənlərdən aydın olur ki, Cənubi Azərbaycanda Gəncə şəhərini Atropatın atası Ərən paytaxt etmişdir. Bu adın ikinci hissəsi olan Quşnasp sözünü tədqiqatçılar fars sözü sayırlar. Amma mütəxəssislər qeyd edirlər ki, bu adın "asb" hissəsinin Midiyada er. əv. VIII əsrə aid olan Kundaşpi və Kuştaşpi şəxs adlarının sonlarındakı "aşpi" komponenti ilə eyniliyi göz qabağındadır. N.V.Piqulevskaya Quşnasb sözünü hərbi adamlar kimi mənalandırmışdır.

Atropat şəxs adı ehtimal ki, İranmənşəlidir, Hindistanda atəşpərəstlərdə ruhani şəxslərin aturpat adlanması məlumdur. Görünür, bu adın yaranması Qazakadakı Od məbədi ilə əlaqədardır, çünki yuxarıdakı məlumatdan göründü ki, Gəncə şəhərini Atropatın atası, ya babası paytaxt etmişdir. Bəlkə də Atropatın dədə – babaları bu od məbədinin baş kahinləri idilər. Ona görə də uşağa Atarpat adı qoya bilərdilər. Lakin nəzərə alınmalıdır ki, mənşəcə atəşpərəstlik farsların yox, türklərin dini idi Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994, səh 213Abdulla Fazili – Qədim və erkən orta əsrlər Azərbaycan tarixi İran tarixşünaslığında, Bakı, 1972. Od məbədinin Atropatlarda yerləşməsi də bunu göstərir.

Atropatenanın şəxs adları və toponimləri haqqında məlumat cüzidir. Lakin dövrümüzə çatan cuzi nümunələri də məhz qədim türk dili vasitəsiylə zah etmək mümkün olmuşdur.

Atropatenlilərin şəxs adları

Əfrasiab – Cənubi Azərbaycan ərazisində yarım əfsanəvi Turan hakiminin adıdır. Bəzi mütəxəssislər İranmənşəli ad sayırlar. Türkcə abra – xilaskar sözü, -si şəkilçisi və ən (əb) – bacarıqlı, fərasətli, mahir, işcil sözündəndir. Bu adın "abra" komponenti Xarəzmdə Afriqlər sülaləsinin banisi Afraq (Abraq, Abriq) şəxs adında da vardır.

Bariaks – e. ə. 324 – cü ildə Makedoniyalı İskəndərin ağalığına qarşı üsyan qaldırmış midiyalının adı Arrian, VI, 293. Buy – Arik şəxs adının (sondakı "s" yunan dilində əlavə olunma şəkilçidir) yunanca yazılışı nəticəsində təhrif olunmuşdur. Türkcə buy və ariq, arik sözlərindəndir. Türk sabirlərdə Boyariks şəxs adı ilə müqayisə olunur.

Artabazan – III əsrin 20-ci illərində Atropatenanın çarı Polibi, V, 55. Bütün tədqiqatçılar bu adı farsca saymışlar. Lakin Q. Qeybullayev göstərir ki, türkcə arba – şux, oynaq, gumrah, cəld, itiqaçan (Midiyada bu sözdən düzəlmiş Artasirar, Artasar, Munsuarta, Artember şəxs adları var idi) və "bacan" (yunan dilində "c" səsi olmadığına görə Bazan) komponentindən ibarətdir. Bazan komponentinin mənası məlum deyil. Lakin V əsrdə Şimali Qafqazda türk bolqarların xanı Buzan (yazılışı yunancadır, əslində Bucan), qədim türk runi yazılarında Baçan, Kitabi Dədə Qorqud da Bay – Bican, Qurbani dastanında Dəli Becan, Ağqoyunlu dövləti vaxtında sərkərdə Bican və s. şəxs adları məlumdur. "Bican", "Becan" adının mənası məlum deyil. Güman ki, qazaxlarda bayşan, başqırdlarda buysan – ucaboylu, boy- buxunlu, qədd- qamətli sözü vasitəsilə izah etmək olar.

Orontobat – e. ə. IV əsrin sonlarında Atropatena hakiminin adı. Orusbat, yaxud Oruzbat şəxs adının yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrif olunmuşdur. Müqayisə üçün deyək ki, Alban çarı Oruzun adını da antik müəlliflər Orod, Oront kimi yazmışlar. Orontobat türkcə orıs, orus və bat – mətin, möhkəm, bahadır sözlərindən ibarətdir.

Artaşes – e. ə. III əsrin axırı, II əsrin əvvəllərində Ermənistanda əslən midiyalı çarın adı. Qədim yunan dilində yazılışı Artaksiy (Ar-Taş və yunanca ―es adlıq hal şəkilçisindən). Türkcə ər – kişi, igid, döyüşçü və taş sözlərindəndir. Yaxud türkcə arda – şux, oynaq, gümrah, cəld, itiqaçan və şumer dilindən maday dilinə keçmiş "şes" qardaş İ. M. Dyakonov. Люди города Ура. М., 1990, səh 130 sözlərindəndir.

Ariobarzan – Əslən midiyalı (atropatenli), er. əv. I əsrin sonlarında Atropaten çarının adı Tatsit, Annallar, II, 4. Türkcə və monqolca ərə – igid, cəsur, döyüşçü və barsan – varsan, özüsən sözlərindəndir. VIII əsrdə Altayda Turkəş xaqanlığının bir xanı Tukvarsen adlanırdı. Bu ad tuk – ilkin, birinci, əvvəlinci) sırada, döyüşdə və varsan sözlərindən ibarətdir. Antik müəllif Korneliy Tatsit yazır ki, Yuliy Sezar əslən midiyalı olan Ariobarzanı ermənilərə başçı təyin etmişdi Annallar, II, 4.

Artavaz – eramızın I əsrinin əvvəllərində Atropatena və Ermənistan çarının adı, Ariobarzanın oğlu. Antik müəlliflər onu midiyalı (yəni atropatenalı) adlandırırlar. Türkcə arda (Artabazan adında olduğu kimi) və bas – başçı sözlərindəndir.

İotab – Artavazın qızının adı. Türkcə yot, yaxud ot – dava – dərman, yaxud ud – həyalı, abırlı (Əbu Həyyanın lüğətində ud sözünün mənası belədir) və çox mənalı əbə (qadın, ana) sözlərindəndir. Quruluşca Nizaminin İskəndərnamə poemasındakı Nüşabə adı ilə eynidir.

Atropatenlilərin toponimləri