Korçay Dövlət Təbiət Yasaqlığı - 1961-ci ilin noyabrında Xanlar və Goranboy rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi ərazidəki ov əhəmiyyətli heyvan və quşları qorumaqdır. Yasaqlığın ümumi sahəsi 15.000 hektardır. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir.
Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Mənbə
Xarici keçidlər Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları
Həmçinin bax Dövlət Təbiət Yasaqlığı Azərbaycan qoruqları Korçay Dövlət Təbiət Qoruğu
Kateqoriya:Yasaqlıqlar Kateqoriya:1961-ci ildə yaradılmış qoruq əraziləri