Bəhaullah və ya əsl adı ilə Mirzə Hüseyn Əli Nuri () — hazırda dünya dinlərindən biri olan Bəhai dininin banisidir. "Bəhaullah" ərəb dilində () "Allahın Nuru, Cəlalı, İzzəti" mənasını bildirir. Bəhaullah öz yazılarında və kütləvi çıxışlarında özünü bütün dövrlərin vəd olunmuşu, Hind soyundan sayılan dini təlimlər Hinduizm, Buddizm və Zərdüştilik, həmçinin İbrahimi dinlər olan Yəhudilik, Xristianlıq və İslamda zühuru vəd olunan şəxs olmasını iddia etmişdir və bu inanc Bəhailiyin təməlini təşkil edir. Hazırda dünyada təqribən 5 milyondan yuxarı bəhai var.

Bəhaullah öyrədirdi ki, bütün insanlıq eyni növdən, eyni irqdəndir, "tək bir Allah var, bütün dinlər eyni bir Allahdan göndərilib və artıq zaman yetişib ki, bütün bəşəriyyət öz birliyini etiraf etsin və birləşsin". Onun İlahidən vəhy alması iddiası tezliklə İranın və Osmanlının hakim dairələrinin göstərişi ilə onun təqibi, sürgünü və həbsi ilə nəticələndi və bu, həyatının sonunadək 40 il müddətində davam etdi, hansı ki, onun Osmanlının Əkka şəhərində vəfatı ilə başa çatdı. Bəhaullahın 40 il ərzində qələmindən çoxlu sayda yazılar çıxmışdır. Onların arasında ən məşhurları Kitabi-Əqdəs (Ən Müqəddəs Kitab), Kitabi-İqan (Yəqinlik kitabı), Kəliməti-Məknunə (Gizli Kəlamlar) oldu.

Erkən həyatı Bəhaullahın əsl adı Mirzə Hüseyn Əlidir. O, 1817-ci il noyabrın 12-də (hicri 1233, məhərrəm ayının 2-si) Tehranın adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdır. Onun atası şah sarayının vəzirlərindən biri olmuşdur.[Balyuzi, Hasan (2000). Bahá'u'lláh, King of Glory. Oxford, UK: George Ronald.] Bəhai tədqiqatçıların bildirdiklərinə görə, Bəhaullahın nəsil-şəcərəsi bəzi önəmli şəxslərə gedib çıxır: İbrahim peyğəmbərin 3-cü arvadı Qetura vasitəsilə İbrahim peyğəmbərə, Zərdüşt peyğəmbərə, Sasanilər İmperiyasının sonuncu hökmdarı III YezdəgirdəBalyuzi, H. M. (1985). Eminent Bahá'ís in the time of Bahá'u'lláh (PDF). Oxford, UK: George Ronald. , həmçinin Davud peyğəmbərin atası Yesseyə.[Balyuzi, Hasan (2000). Bahá'u'lláh, King of Glory. Oxford, UK: George Ronald. ] Uşaqlıqda Hüseyn Əli var-dövlət, rahatlıq, sərvət içində böyümüşdür. Atasının ölkənin müxtəlif yerlərində zəngin mülkləri var idi. O dövrün zadəgan ailələrindən olan başqa iranlı gənclər kimi Bəhaullah İslamın əsaslarını, İran ədəbiyyatını və poeziyasını, həmçinin xəttatlığı dərindən mənimsəmək üçün hər hansı məktəb və mədrəsə təhsili görməmişdir. Bəhaullah bununla belə öz uşaqlığında geniş biliyi ilə tanınırdı.

Qeyri-adi qabiliyyəti onda hədsiz qürur yaratmırdı. Əksinə, o sadə, şən, xeyirxah və mehriban uşaq kimi böyüyürdü. Onun tələbləri çox sadə idi. O, təbiəti, quşları, ağacları, çiçəkləri, heyvanları sevir, sarayda deyil, şəhərdən kənarda, təbiətin qoynunda yaşamağa üstünlük verirdi. Valideynlərinin ona verdiyi pulları əyləncələrə deyil, yoxsullara və ehtiyacı olanlara xərcləyirdi. Dövrünün adət-ənənəsinə uyğun olaraq Hüseyn Əli çox erkən evlənmişdi. Onun ömür yoldaşı da çox varlı ailədən olmasına baxmayaraq, sadə tələblərə malik idi. Onlar bir yerdə ömür sürür və ağır həyat şəraitinə sahib insanların vəziyyətini yaxşılaşdırmaq naminə birgə çalışırdılar. Onların evlərini qapısı həmişə yeməyə, sığınacağa və köməyə ehtiyacı olanların üzünə açıq idi. Onları "yoxsulların valideyni" adlandırırdılar. Atası vəfat edəndə Bəhaullaha sarayda onun vəzifəsini tutmaq təklif edilir, lakin O bundan imtina edir.

Babilər hərəkatı 300px|thumb|right|Babın "Allahın zahir edəcəyi kəs"ə müraciət etdiyi yazısı 1844-cü ildə, Şirazda 25 yaşlı Seyid Əli Məhəmməd İslamın vəd olunmuş zühuru Mehdi olduğunu iddia etdi və özünə "Bab" (ərəbcə "qapı") ləqəbini götürdü. Çox qısa bir zaman kəsiyində minlərlə ardıcılı ortaya çıxdı, çünki Mehdinin o dövrdə zühur edəcəyi xəbəri Şeyxiyyə təriqətinin məşhur alimləri Şeyx Əhməd Əhsai və Seyid Kazım Rəşti tərəfindən xalqa verilmiş və şərh edilmişdi. Hərəkatın geniş vüsət alması və yeni fikirlərlə çıxış etməsi hakimiyyətin və ruhanilərin narahatlığına səbəb oldu və güclü müqavimət yarandı.[MacEoin, Dennis (1989). "Bāb, Sayyed `Ali Mohammad Sirazi". Encyclopædia Iranica.] Bab özü 30 yaşında Təbrizin şəhər meydanında güllələndi və 1852–53-cü ildə demək olar ki onun bütün sayılıb seçilən ardıcılları da məhv edildi.

Bab özü müstəqil vəhyə iddia etsə də o bildirirdi ki, onun özündən dərhal sonra Allah başqa bir şəxsi də göndərəcək, hansı ki, bu şəxsin zühuru bütün dövrlərdə, bütün Allah Elçiləri tərəfindən vəd olunub. Bab onu "Allahın zahir edəcəyi kəs" adlandırırdı. Bab öz ardıcıllarına təkidlə bildirirdi ki, bu şəxs zühur edəndə bütün qəlbləri ilə onu qəbul etsinlər və onun təliminə uyğun yaşasınlar. Bab özünü "Allahın zahir edəcəyi kəs"in müjdəçisi sayırdı.

Babın ardıcılına çevrilməsi Bab öz missiyasını bəyan edəndən 3 ay sonra, yəni 1844-cü ilin yayında Molla Hüseyn Büşruyi (Babın ilk ardıcılı) Tehrana Babın müraciətindən ibarət yazı gətirir və nəzarət edir ki, bu bağlama Bəhaullahın əlinə keçsin. Bəhaullah müraciəti oxuyub Baba iman gətirir (Onun yeni dövrün Elçisi olmasına) və Onun ən fəal ardıcılı olur. O vaxt onun 27 yaşı vardı. Bəhaullah Bab ilə heç vaxt şəxsən görüşməmişdi, lakin Onunla daim məktubla əlaqə saxlayır, təlimini bütün qəlbi ilə müdafiə edir və onu yaymağa çalışırdı. Nəticədə o, maraqları mənsub olduğu zümrənin maraqlarına zidd gələn və hələ az tanınmış hərəkatın sıralarına qoşulur. İlk olaraq o öz doğma yurdu Nur əyalətində Babiliyi təbliğ etməyə başlayır və yüzlərlə insanı bu yeni təlimə cəlb edir. Bu ərəfədə Bəhaullahın şöhrəti Babın ardıcılları arasında artmağa başlayır.[Cole, Juan (1989). "Baha'-allah". Encyclopædia Iranica.]

Bab həbs edildikdən sonra Bəhaullah Onun təqib olunan tərəfdarlarına hər cür köməklik göstərirdi. O özü iki dəfə həbs edilir, hətta bir dəfə həmfikirlərini zərbə altından çıxarmaqdan ötrü fanatik kütlənin qəzəbini öz üzərinə yönəldir. Dəfələrlə döyülməsinə və daşlanmasına baxmayaq, Bəhaullah qorxmadan, yorulmadan babiləri müdafiə edir, yeri gələndə onlara yardım göstərir və məsləhətlər verirdi. 1848-ci ildə Babın ən seçkin 81 ardıcılı Xorasanda, Bədəşt kəndində toplaşır və uzun müzakirələrdən sonra bu qənaətə gəlirlər ki, Babın gətirdiyi təlim müstəqil dindir və onlar artıq bu yeni dinin qayda-qanunlarına uyğun yaşamalıdırlar. Məhz bu görüşdə Babın görüş iştirakçılarına məktubu oxunur, Bab onların hər birinə müxtəlif ləqəblər verir və ilk dəfə bu görüşdə Mirzə Hüseyn Əli "Bəha" adı ilə çağırılır. Bu görüşdən xəbər tutan Qacar hökuməti bir müddətdən sonra ordu göndərir və sayları 313 nəfər olan babilər "Şeyx Təbərsi" qalasında müdafiə olunur və hökumət qüvvələri ilə döyüşürlər. Qeyd olunmalıdır ki, Bab öz təlimində "cihad"ı qadağan etmirdi, lakin sonradan Bəhaullahın dövründə bu qanun ləğv edilir və heç bir halda müharibəyə icazə verilməməyə başlanılır.

Sonradan məhz Bəhaullahın göstərişi ilə Babın cəsədinin qalıqları Təbrizdən Tehrana gətirilir və etibarlı yerdə gizlədilir və sonra uzun müddət müxtəlif yerlərdə saxlanılaraq nəhayətdə Hayfaya gətirilir və Karmel dağında basdırılır.

Siyah-Çalda məhbusluq thumb|Siyah-Çal Babın ardıcıllarından öz Ağalarının edamına dözə bilməyən kiçik bir babi qrupu Nasirəddin Şaha sui-qəsd planlaşdırır.Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press. Bunu Bəhaullahla da bölüşürlər. O, açıq şəkildə bu fikirdən dönmələrini tələb edir və onların razılığını alır. Lakin Onun yanından ayrıldıqdan sonra yenə öz fikirlərinə qayıdırlar. 1852-ci il avqustun 15-də Şaha sui-qəsd olunur, lakin o çox yüngül yaralanır.Cole, Juan (1989). "Baha'-allah". Encyclopædia Iranica. İnsidenti törədən babilər dərhal öldürülür, həmçinin bütün babi icması bu işdə təqsirli bilinir, babilərə qarşı hökumətin özü tərəfindən təşviq və təşkil olunan geniş zorakılıq kampaniyası başlayır. Çox sayda babi qətlə yetirilir, bir qismi isə, həmçinin Bəhaullah Tehranın Siyah-Çal zindanında həbsə atılır.Hutter, Manfred (2005). "Bahā'īs". In Ed. Lindsay Jones. Encyclopedia of Religion 2 (2nd ed.). Detroit: Macmillan Reference USA. pp. 737–740. Siyah-Çal həbsxanasında Bəhaullah onun gəlişini (zühurunu) Babın öncədən xəbər verdiyi "Allahın zahir edəcəyi kəs" olduğunu izah edən möcüzəli hadisənin şahidi olur. İlk dəfə məhz burada Bəhaullah Vəhy hadisəsi ilə üzləşir. Sonralar Bəhaullah bu hadisəni belə xatırlayırdı:

Bu epizod haqqında Bəhaullah həyatının son dövrlərinə aid edilən şaha ünvanlanmış məktubunda yazmışdır:

Başqa bir mənbədə isə onun təsviri belədir:

Bəhaullahı həbsxanaya salmış şəxslər onun şaha sui-qəsddə əli olduğunu sübut edən dəlillər tapa bilmirlər. Şah sarayındakı rus səfiri də öz nüfuzundan istifadə edərək Bəhaullahın azad edilməsinə çalışır və ona Rusiyada yaşamaq üçün sığınacaq təklif edir. Bir müddət tərəddüd etdikdən sonra şah Bəhaullahın həbsdən azad edilməsinə razı olur. Beləliklə, 1852-ci ilin dekabrında Bəhaullahın dəhşətli Siyah-Çal qalasındakı məhbusluğu sona yetir. Lakin o bütün var-dövlətindən məhrum edilir və bir ay ərzində ailəsi ilə birlikdə dərhal ölkəni istədiyi istiqamətə tərk etmək tapşırılır. Bəhaullah Osmanlıya, Bağdad şəhərinə getməyi seçir.

İraqda sürgündə 150px|thumb|right|Bəhaullahın passportu Bəhaullah 1853-cü il aprelin 8-də əldən düşmüş və xəstə halda Bağdada çatır. Bir çoxları onun yolun ağırlığına tab gətirəcəyinə və ya mənzil başına gəlib çatdıqdan sonra sağ qalacağına ümid etmirdilər. Lakin bir müddət sonra o özünə gəlir. Bəhaullah İraqda on il yaşayır. Tezliklə, onun nüfuzu İraqda başsız qalmış, ümidini itirmiş və düşgün düşmüş babi icmasında hiss olunmağa başlayır.

Bab öz vəfatından əvvəl "Allahın zahir edəcəyi kəs"in ondan sonra gələcəyini ardıcıllarına bildirmişdi və "Allahın zahir edəcəyi kəs"in gəlişinədək öz ardıcılları arasında bir nümayəndə təyin edir, hansı ki, bu şəxs babilərin birliyini o vaxta qədər qorumağa mükəlləf idi.Saiedi, Nader (2008). Gate of the Heart. Waterloo, ON: Wilfrid Laurier University Press Bab, Bəhaullahın ögey qardaşı Mirzə Yəhyanı təyin edir və beləliklə hadisələr Bəhaullahın ətrafında baş verəcək, lakin o müdrikcəsinə diqqətdən yayındırılacaqdı ki, düşmənlər onu hədəf almasınlar. Lakin Mirzə Yəhya Babın edamından sonra qorxuya düşür, gizlənir, sonradan isə Bəhaullahın arxasınca Bağdada yollanır. Əksər babilərin də Bağdada üz tutması nəticəsində Bağdad babilərin məskunlaşma mərkəzinə çevrilir və İrandan çoxlu sayda babi bura ziyarət etməyə başlayır.

Lakin tezliklə Mirzə Yəhyanın "rəhbərliyi" mübahisələr yaradır, o özü isə babi icmasından uzaq gəzir. O qiyafət dəyişdirərək və kimliyini gizlədərək yaşamağa başlayır, çətin bir vəziyyətə düşdükdə isə inancından qətiyyətlə imtina edir.MacEoin, Dennis (1989). "Azali Babism". Encyclopædia Iranica. Mirzə Yəhyanın gizləndiyi bu dövrdə Bəhaullah babiləri qorumağa, onları Babın təlimində dərinləşdirməyə davam edir. Mirzə Yəhyadan fərqli olaraq Bəhaullah babilərin gözü önündə olur və daim onların yanında qalır, getdikcə babilərin gözündə həqiqi ruhani rəhbər kimi yüksəlməyə başlayır. Bu, Mirzə Yəhyanın qıcıqlanmağına və həsədinə səbəb olur, nəticədə o Bəhaullahı babilərin gözündən salmağa çalışan fəaliyyətlərinə başlayır. Onun bu hərəkətləri çoxlu sayda babinin inancını itirməsinə səbəb olur. Bəhaullah yeni ilahi dinin bütövlüyünü qorumaq naminə meydandan çəkilir və 1854-cü ilin aprelin 10-u ailəsinə belə xəbər vermədən, onları qardaşı Mirzə Musaya tapşıraraq öz ardıcıllarından biri ilə Bağdadı tərk edərək şimala hərəkət edir. Onun 2 il davam edən inziva həyatı başlayır.

Süleymaniyyə dağlarında inziva Bəhaullah Süleymaniyə şəhərinin yaxınlığına, Kürdistan dağlarına çəkilir. Daha sonra o yazır ki, aradan çəkilməsinin səbəbi Babi icmasında fikir ayrılığına səbəb olmamaqdır.