() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Taraxacum sect. Taraxacum hündürlüyü 30 sm-ə çatan çoxillik ot bitkisidir. Kökləri yuxarı hissədə şaxələnən kökümsovdan ibarət, kiçik şaxəli olub, qalınlığı 2 sm, uzunluğu 60 sm-ə çatır. Yarpaqları çılpaq və ya orta damarla aşağı tərəfdə az toraoxşar tüklüdür, uzunsov, əksinə, yumurtaşəkilli, küttəhər, oyuqlu-dişlidir və yaxud enli və ya dar, üçkünc, sivriləşmiş, tamkənarlı və ya uzun dişli, arxaya yönəlmiş dilimlərə qismən dərin qayıqşəkilli kəsilmişdir. Çiçək oxu yarpaqlardan uzundur, düz, çılpaq və ya çiçəkləmə dövründə tüklüdür. Qın yarpaqları təpə hissədə qabarıq deyil, xaricdə yerləşənlər qismən enli xətvaridir, aşağı qatlanmışdır, daxildə yerləşənlər isə xətvaridir. Dilcikşəkilli çiçəklər açıq və ya tutqun-sarı rəngdədir, bir qədər qın yarpaqlarından uzundur. Toxumları açıq-qəhvəyi rənglidir, uzunluğu 3–3,5mm-dir, yalnız təpə hissəsində qısa piramidalı olub, sivri-qabarıqdır buruncuğu nazikdir, 3–4 dəfə toxumdan uzundur kəkili ağ rəngdədir, 2–2,5 dəfə buruncuqdan qısadır. Aprel-iyun aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.

Azərbaycanda yayılması Böyük Qafqazın Quba sahəsində və qərbində, Kiçik Qafqazın mərkəzində, orta və subalp qurşaqlarında bitir.

Yaşayış mühiti Meşələrdə, talalarda, çəmənlərdə rast gəlinir.

Təbabətdə Qurudulmuş kökləri iştahasızlığı, qəbizliyi aradan qaldırır və ödqovucu dərman kimi işlədilir. Köklərindən alınan qatı cövhərdən həb hazırlanır.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax