thumb|İngilis bioloq Tomas Henri Hekslinin 1860-cı illərdə çəkilmiş şəkli. Heksli "aqnostisizm" terminini işlədən ilk şəxsdir.
Aqnostisizm — tanrının varlığının və fövqəltəbii qüvvələrin bilinməsinin qeyri-müəyyən olduğunu, eləcə də sözügedən varlıqların mövcud olmasının və olmamasının da sübut oluna bilməyəcəyini irəli sürən fəlsəfi cərəyan. (səh.56 1967-ci il əlavəsi)
Filosof Uliam Rou aqnostisizmi belə tərif edir: "Aqnostisizm insan ağlının tanrının varlığının və ya yoxluğununun rasional əsaslarla isbatlanma kifayətliliyindən aciz olduğunu qəbul edən bir görüşdür".
Ateizm və deizmdən fərqi Aqnostisizm ateizm ilə eyni deyil. Ateizm tanrının var olmadığını və yaxud var ola bilməyəcəyini qəbul edir, lakin aqnostisizm tanrının var olub olmadığının bilinmədiyini və ya heç vaxt bilinməyəcəyini qəbul edir. Demoqrafik araşdırmalara görə isə ateizm və aqnostisizm digər bütün dinsiz fəlsəfələrlə eyni kateqoriyadadır. Bəzi mənbələr isə aqnostisizmi "neytrallıq" adlandırır. Tomas Heksli isə aqnostisizm haqqında demişdir:
"Əslində bir ateistin düşüncəsi bir deistin düşüncəsi ilə eynilik təşkil edir. Bir xristian tanrının varlığını biləcəyimizi, bir ateist isə tanrının yoxluğunu biləcəyimizi iddia edir. Aqnostik isə bu barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür." Bertran Rassel , 1953
Növləri
Aqnostik deizm Aqnostik deizm yaradıcının mövcud olmasını daha yüksək qəbul edən və yaradıcının varlığına inanan, amma yaradıcının mövcudluğunun sübut edilməsinin mümkün olmadığını qəbul edən fəlsəfi görüşdür. Deist biri yaradıcının varlığının beyin və müşahidə yoluyla başa düşülə biləcəyini deyər, amma aqnostik deist isə yaradıcının varlığının sübut edilməsinin heç bir yolu olmadığını, amma yaradıcının var olduğunu deyər.
Aqnostik ateizm Aqnostik ateizm yaradıcının var olmadığını düşünən, amma yaradıcının yoxluğunun dəqiq sübut edilə bilməyəcəyini də deyən fəlsəfi görüşdür. Aqnostik ateist şəxs,yaradıcının yoxluğuna dair tam dəqiq rəy bildirməz.
Zəif aqnostisizm Zəif aqnostisizm hər hansısa yaradıcının varlığının və ya yoxluğunun hazırda sübut edilə bilmədiyini, amma bunun tam olaraq sübut edilə bilinməyəcəyini deyir.
Məşhur aqnostiklər Albert Kamü — fransız yazıçı və filosof Albert Eynşteyn — yəhudi əsilli alman fizik Albert Sent-Dördi — macar fizioloq Oldos Haksli — ingilis yazıçı Aleksandr Kvasnevski — Polşa prezidenti (1995–2000) Aleksandr fon Humboldt — alman təbiətşünas və tədqiqatçı Bill Geyts — amerikalı sahibkar, Microsoft-un qurucusu Karl Saqan — amerikalı astronom Çarlz Darvin — ingilis təbiətşünas Çarli Çaplin — ingilis rejissor, aktyor və yazıçı Klement Ettli — britaniyalı siyasətçi Devid Attenboro — ingilis təbiətşünas İlon Mask — amerikalı sahibkar və mühəndis Emil Durkhaym — fransız sosioloq Epikür — Qədim yunan filosofu Fransua Olland — Fransa prezidenti (2012–2017) Frans Kafka — yəhudi yazıçı Frans Şubert — avstraliyalı bəstəkar Haynz Fişer — Avstriya prezidenti (2004–2016) Helen Klark — Yeni Zelandiya Baş naziri (1999–2008) Hovard Fillips Lavkraft — amerikalı yazıçı İmmanuel Kant — alman filosof İrvin Yalom — amerikalı ekzistensialist psixiatr İsayya Berlin — ingilis filosof Ceyms Coys — irlandiyalı şair Yanuş Korçak — polşalı uşaq yazıçısı, pediatr və pedaqoq Anri Dünan — isveçrəli yazıçı, sahibkar və Qırmızı Xaç təşkilatının qurucusu Yohans Brams — alman bəstəkar, pianoçu və drijor Karl Popper — Avstriya əsilli britaniyalı filosof Larri Kinq — amerikalı televiziya və radio aparıcısı Linus Torvalds — finland əsilli amerikalı proqram mühəndisi Lüdviq Vittgenşteyn — Avstriya əsilli britaniyalı filosof Mariya Küri — polyak əsilli fransız fizik Mark Tven — amerikalı yazıçı Mişell Baçelet — Çili prezidenti (2014–2018) Milton Fridman — amerikalı iqtisadiyyatçı Monika Belluççi — italyan aktrisa Nil Deqrass Tayson — amerikalı astrofizik Nikola Tesla — serb əsilli amerikalı ixtiraçı və fizik Protaqor — Qədim yunan sofist və ilk böyük humanist Rikardo Laqos — Çili prezidenti (2000–2006) Stendal — fransız yazıçı Vorren Baffett — amerikalı investor Vilhelm Reyx — Avstriya əsilli amerikalı psixatr və psixoanalitik Çingiz AbdullayevMən Kərbəlada, Məşhəddə, Nəcəfdə, Məkkə və Mədinədə olmuşam. Yerusəlimdə məsciddə dua etmişəm. Çox adam buna inanmır. Mən aqnostikəm. İnanmıram ki, məni o dünyada "saqqallı bir kişi" gözləyir, inanmıram ki, məni pərilər qarşılayacaq. Nə qədər Allaha inanmasan da, bir o qədər Allahın olduğunu sübut edirsən. — azərbaycanlı yazıçı Yakob Bronovski — polyak riyaziyyatçı, bioloq, teatr yazıçısı, şair və ixtiraçı Con Key — Yeni Zelandiya prezidenti (2008–2016) Mett Ston — amerikalı-yəhudi komediyaçı və "Cənubi Park"ın ortaq prodüseri Robert İnqersoll — "Böyük aqnostik" ləqəbli amerikalı natiq, aktivist və siyasətçi Stiven Cey Quld — amerikalı paleontoloq, geoloq, zooloq, taksonomist və elm tarixçisi Stinq — ingilis musiqiçi Syusen Entoni — amerikalı feminist Tomas İkins — amerikalı rəssam, heykəltaraş və incəsənət müəllimi Tomas Henri Haksli — "aqnostisizm" terminini yaradan ingilis filosof və bioloq Trey Parker — amerikalı komediyaçı və "Cənubi Park"ın ortaq prodüseri
İstinadlar
Kateqoriya:Fəlsəfi hərəkatlar Kateqoriya:Din fəlsəfəsi Kateqoriya:Epistemoloji nəzəriyyələr Kateqoriya:Skeptisizm Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər Kateqoriya:Empirizm