Zurvanizm — Zurvana ibadətə əsaslanan qədim din. Zurvanizm əsasən Azərbaycan, İran, Mesopotamiya və qismən də Orta Asiyada yayılmışdır.Грантовский Э.А. Зерванизм. Философская энциклопедия, т. 2, М., 1962
Zurvana sitayiş İranın qərb vilayətlərində artıq e.ə. VI əsrin başlanğıcından təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) tanrı kimi tanıyırdılar. Zurvan Elam dilində tərtib olunmuş Persopol sənədlərindən də məlumdur. Bu sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə bəzi əsaslar vardır ki, bu, əbədi zaman və tale allahına sitayiş e.ə. I minilliyin başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir.
Zurvanizmin ali tanrısı olan Zurvan əbədi mövcud olan Sonsuz Zaman kimi düşünülürdü. Mifdə Zurvan androgin (kişi-qadın, iki-cinsli) şəkildə təsvir edilir. O, Əhriman və Ormaz adlanan əkizləri dünyaya gətirmişdir. Bundahişnə görə, Zurvan "hər iki yaranışdan - Xeyir və Şərdən qüdrətlidir". Zurvanizmin bəzi təsəvvürləri "Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi təriqətlərindən biri olan zurvanizmdə ən qədim, Avestayaqədərki dövrlərin ünsürləri mühafizə edilirdi. Hətta ehtimal etmək olar ki, zurvanizm monoteizmə meyilli və yaxud artıq hətta monoteist təlim idi.
Zurvanizm, ümumiyyətlə, Avesta təlimləri kimi iudaizmin, erkən xristianlığın və qnostisizmin inkişafına böyük təsir göstərmişdir.
İstinadlar
Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar
cs:Zurvan de:Zurvan fa:زروان ja:ズルワーン ku:Zervan pl:Zurwan ro:Zurvan sv:Zurvan Kateqoriya:İran mədəniyyəti Kateqoriya:Nəsli kəsilmiş dini qruplar Kateqoriya:İran fəlsəfəsi Kateqoriya:Nəsli kəsilmiş dini qruplar Kateqoriya:Zərdüştçülük Kateqoriya:Talış tarixi