İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (; ) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir.
Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.
Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi".Toynbee, Arnold J. (1934) (İngilizce). A Study of History: III The Growths of Civilizations. Oxford University Press. "he has conceived and formulated a philosophy of history which is undoubtedly the greatest work of its kind that has ever yet been created by any mind in any time or place"
Həyatı thumb|250px|İbn Xəldunun doğulduğu ev. Tunis. Tam adı Əbu Zeyd Əbdürrəhman ibn Xəldun əl HədramiSeyyid Hüseyin, Nasr; Oliver (2001). "25" (Türkçe çeviri). İslâm Felsefesi Tarihi. 1. Leaman (2 bas.). İstanbul: Açılım Kitap. ss. 413–427. ISBN 978-9944-105-01-5. ya da Əbdürrəhman ibn Məhəmməd ibn Əbu Bəkr Məhəmməd ibn Həsəndir.Süngü 2009 , səhifə 1 Adındakı Əbu Zeyd böyük oğlu Zeydin adından gəlir. Ailəsi Yəmənin Hədrəmut bölgəsindən olduğu üçün Hədrami, özü Tunisdə doğulduğu üçün Tunisi, digər məzhəblərdən olan insanlardan fərqlənmək üçün Maliki, həyatının əsas hissəsini Məğribdə keçirdiyi üçün də Məğribi kimi ləqəblərlə də xatırlanır.
Həyatı haqqında ən önəmli qaynaq özünün yazdığı və avtobioqrafiyası hesab olunan Ət-Tərif əsəridir.Ət-Tarif 1951-ci ildə Qahirədə Məħəmməd ibn Təvit at-Tanji tərəfindən nəşr olunmuşdur. Bu əsərdə həyatına aid müxtəlif məsələlər ətraflı şəkildə yazılmışdır, ancaq əsərdə İbn Xəldunun şəxsi həyatı və ailəsi barədə çox az məlumat verilir. O, Əndəlusda yaşayan və Bəni Xəldun olaraq bilinən bir ailədən olub, 1332-ci ildə Tunisdə doğulub. Əndəlusda önəmli dövlət vəzifələrində çalışan ailəsi XIII əsrin ortalarında Əndəlusun Kastiliya kralı III Ferdinand tərəfindən ələ keçirilməsindən sonra Tunisə köçmüşdür. Bundan sonra atası və babası siyasi fəaliyyətdən çəkilmişdir. Onun qardaşı da tarixçi olmuş və sarayın rəsmi tarixçisi olmaq istəyən başqa bir tarixçi rəqibi tərəfindən qətlə yetirilmişdir.(Fransızca) Journal asiatique
Keçmişindən bəhs edərkən İbn Xəldun qeyd edir ki, əsli İslam peyğəmbəri Məhəmmədin zamanındakı yəmənli ərəb qəbilələrindən olan Hədrəmuta qədər gedib çıxır. Ailəsi İslami fəthlərin əvvəllərində İspaniyaya gəlmişdir. Onlar İspaniyada Karmona və Seviliya bölgələrində yaşamışlar.'Ali 'Abd al-Wahid Wafi, Muqaddimat Ibn Chaldun. Cilt I, sayfa 40 (Kahire 1965) Ulu babası Vail ibn Həcər, Məhəmməd peyğəmbəri ziyarət etmiş, xeyir-duasını almış və ondan 70 hədis söyləmiş bir səhabədir. İbn Xəldunun ailəsi VIII əsrin sonlarında Yəməndən Əndəlusa köç etmiş və XII əsrdə Əndəlusun Kastiliya kralı III Ferdinand tərəfindən ələ keçirilməsindən sonra Tunisə yerləşmişdir. İbn Xəldun əsərində kökünün Vail ibn Həcərdən gəldiyini qeyd edir,Ət-Tarif ancaq bəzi araşdırmaçılar vurğulayır ki, İbn Xəldun özünə sosial status qazana bilmək üçün ailəsinin köklərini bu tanınmış şəxsə bağlamışdır. Həmin dönəmdə bir çox bərbər tayfası nümayəndəsi də siyasi və sosial nüfuz qazanmaq üçün bu yoldan istifadə etmişdir. Başqa araşdırmaçıların bir fərziyyəsinə görə isə İbn Xəldun doğulduğu bölgədə yaşayan bir çox insan kimi bərbər tayfalarına mənsubdur. Onlar bunu İbn Xəldunun əsərlərində bərbərlərə xüsusi yer ayırması və onları ərəblərlə müqayisə edərkən ərəblərə qarşı "tikanlı" sözlərdən istifadə etməsi ilə əsaslandırırlar.Monteil 1967 , səhifə 27 İbn Xəldunun ən önəmli əsəri hesab olunan Müqəddimənin ən gözəl tərcüməçisi kimi tanınan Rosenthal isə onun kökləri barədə bu fikri səsləndirir: "Hər nə qədər yazıçının şəxsiyyətinin formalaşmasında bərbər və ispan qatqılarının olması mümkün görünsə də, geniş düşündükdə onun uzaq keçmişdən gələn ərəb köklərinə şübhə edə bilmərik".
Təhsili thumb|İbn Xəldunun bir müddət tədqiqatlar apardığı Əbu İnaniyə mədrəsəsi. Mərakeş. İbn Xəldunun babası Tunisdə Həfsi sarayında vəzir olmuşdur. Atası Məhəmməd Vəbili İslam elmi və ədəbiyyat sahəsində tanınmış biri idi. İbn Xəldun ilk təhsilini atasından almış və ondan aldığı dərslərlə birlikdə Quranı əzbərləməyə başlamışdır. Ailəsinin nüfuzuna görə Tunisdəki ən yaxşı müəllimlərdən dərs almaq şansı qazanmışdır. O dönəmin məşhur qiraət alimi Şeyx Məhəmməd ibn Bəzzali Ənsaridən Quranı ərəb dilinin 7 ləhcəsində də oxumağı öyrənmişdir. Ədəbiyyat sahəsində də atasından başqa digər nüfuzlu şəxslərdən dərs almışdır. Onun inkişafında dövrün məşhur alimlərinin iştirak etdiyi məclislərdə eşitdiklərinin də rolu olmuşdur. Həmçinin riyaziyyatçı və filosof olan Əl-Əbilidən riyaziyyat, məntiq və fəlsəfəni öyrənmişdir.A. M. Al-Araki, From Ibn Khaldun: Discourse of the Method and Concepts of Economic Sociology , Bu dönəmdə İbn Rüşdün, İbn Sinanın, Fəxrəddin Razinin və Şərafəddin əl-Tusinin əsərlərini oxumuşdur. 17 yaşında olarkən 3 qitəni və həmçinin Tunisi də təsiri altına alan Qara ölüm dönəmində ailəsini itirmişdir.Süngü 2009 , səhifə 2
Tunis, Mərakeş və Qranadadakı ilk illəri thumb|İbn Xəldunun heykəli. Tunis. Təhsilini başa vurduqdan sonra Tunis şəhərində, Həfsi sarayında Sultan Əbu İshaq İbrahim Əl-Müstənsirin mirzəsi oldu. 1347-ci ildə Əbu Həsən Tunisi işğal edəndə İbn Xəldun hələ 20 yaşında idi. Merini sarayı ilə yaxşı münasibətləri olduğu üçün Tunisdən Mərakeşə köçdü və burada Sultan Əbu İshaqın istəyi ilə İbn Təfraqın yanında çalışmağa başladı. Bu dönəmdə hələ də Mərakeş memarlığının ən gözəl örnəklərindən hesab olunan Əbu İnaniyə mədrəsəsində yaşamışdır. Həmin dönəmdə Merininin sultanı olan Əbu İnan Fariz İbn Xəldunu sultan fərmanlarını yazmaq vəzifəsinə gətirsə də, bu, gənc İbn Xəldunun adının sultana qarşı aparılan intiriqalarda hallanmasının qarşısını ala bilmədi. O, 25 yaşı olarkən həbs edildi və Əbu İnan Farizin ölümünə qədər, 22 ay həbsdə qaldı. Əbu İnan Farizin 1358-ci ildə ölümündən sonra oğlu tərəfindən sərbəst buraxıldı. Bu arada İbn Xəldun sürgündə yaşayan əmisi Əbu Səlim ilə gizli razılığa gəldi və Əbu Səlim Mərakeşin idarəçiliyini ələ keçirdikdən sonra katib və hakim kimi önəmli vəzifələrdə çalışdı.Süngü 2009 , səhifə 3
Ancaq Əbu Səlimin İbn Xəldunun dostu olan Ömər ibn Abdullah tərəfindən devrilməsindən sonra onun ümidləri puça çıxdı. Ölkənin yeni hakimi ona heç bir vəzifə vermədi və dostlarının da ona kömək etməsini əngəllədi. Bunlara baxmayaraq İbn Xəldun siyasi fəaliyyətindən əl çəkmədi və 1362-ci ildə Cəbəllütariq boğazını keçərək Qranadaya yerləşdi. Mərakeşdə sürgündə olduğu zaman kömək etdiyi və sonradan Qranada əmiri olan V Məhəmməd İbn Xəldunu çox yaxşı qarşıladı. Əmir daha sonra İbn Xəldunu Sevilyadakı Araqon kralı olan IV Pedronun yanına elçi olaraq, sülh müqaviləsi bağlamaq üçün göndərdi. İbn Xəldun vəzifəsinin öhdəsindən uğurla gəldi. Burada o, bir zamanlar ailəsinin sürgündə yaşadığı yerin kralını öz bilgisi ilə təəccübləndirdi və kralın onun zərərlərini ödəmək və burada yaşamaq təklifini rədd etdi.
İbn Xəldunun Qranadanı tərk etməsinin səbəbi ilə bağlı bir neçə fərziyyə vardır. Bunlardan birinə görə, İbn Xəldun Sultan V Məhəmmədlə yaxın münasibətdə olmuşdur və onu xəyalındakı hökmdar səviyyəsinə gətirmək üçün çalışmışdır, lakin vəzir Lisanəddin ibn Xətib tərəfindən yaradılan əngəllərə görə oranı tərk etmişdir. Digər bir fərziyyəyə görə isə İbn Xəldun İbn Xətiblə yaxın dost olmuşdur və İbn Xətibin dinsizlikdə günahlandırılıb daşlanaraq öldürülməsindən sonra oranı tərk etmişdir. Sonuncu fərziyyədə isə bildirilir ki, İbn Xəldun həm sultan, həm də onun vəziri ilə çox yaxşı münasibətdə olmuşdur, lakin müəyyən müddət sonra onların aralarında problemlər yaranmış və o, Qranadanı tərk edib, Şimali Afrikaya qayıtmışdır.
Önəmli siyasi vəzifələri thumb|250px|Həfsilərin 1300–1500-cü illərdə hökmranlıq etdiyi torpaqlar. İbn Xəldun Şimali Afrikaya geri döndüyü dövrdə Həfsilər qarışıqlıq içində idi. Əbu İshaq Tunisdə, Əbu Abdullah Bicayədə, Əbu Abbas isə Konstantində hökmranlıq edirdi.İslam Tarihi Ansiklopedisi, Hafsiler maddesi Bicayədəki Həfsi sultanı Əbu Abdullah İbn Xəlduna onun vəziri olmaq təklifini etdi və İbn Xəldun bunu qəbul etdi. Onun əsas vəzifəsi bərbər tayfalarından vergi yığmaq idi. 1366-cı ildə Əbu Abdullahın ölümündən sonra o, Tilimsan hakimi Əbu Abbasa yaxınlaşdı. Bir neçə il sonra Tilimsan sultanını məğlub edərək taxta sahib olan Əbdüləziz tərəfindən həbs edildi. Bundan sonra isə bir növ keşiş həyatı yaşamağa başladı və 1370-ci ilə qədər yeni bir sultan tərəfindən Tilimsana çağrılana qədər yalnız dini çalışmaları ilə məşğul oldu.
İbn Xəldun siyasi gedişləri və tutduğu tərəfləri tez-tez dəyişdirməsinə baxmayaraq, köçəri bərbər qəbilələri ilə yaxşı münasibət qurduğu üçün Şimali Afrikadakı iqtidarlar tərəfindən axtarılan lazımlı bir şəxs idi. O, çöllərdə və dağlarda yaşayan ərəb və bərbər qəbilə başçılarının xidmət etdikləri hökmdarlara siyasi cəhətdən bağlanmalarında önəmli rol oynamışdır. Qəbilə başçılarının etibarını qazanması ona hökmdarlarla münasibəti korlananda da kömək etmişdir.Süngü 2009 , səhifə 4 1375-ci ildə Tilimsandakı Əbdülvadi sultan Əbu Hammu tərəfindən bir vəzifəni yerinə yetirmək üçün Biskradakı Davadid bərbərlərinin yanına göndərildi. Bundan sonra İbn Xəldun Tilimsan ilə Biskra arasında, Bicayənin cənubunda yerləşən Kalatu İbn Sələmə adlı qalada Bəni Arif qəbiləsinin himayəsində yaşadı. Burada o, tarix və bərbər tayfaları haqqındakı düşüncələrini inkişaf etdirməyə başladı və dünya tarixindən bəhs edən Kitabul-İberin ilk bölümü olan Müqəddiməni yazmağa başladı. Bu qalada 4 il bir kənara çəkilib kitabını yazsa da, kitabı tamamlamaq üçün daha çox mənbəyə ehtiyacı olduğunu dərk etdikdən sonra yenidən Tunisə döndü. Tunisdə də kitabı üzərində çalışmağa davam etdi. Bu zaman Tunisi fəth edən Əbu Abbas onu təkrar xidmətə çağırdı. İbn Xəldun əsərini tamamlamaq istiqamətində çalışmalarını davam etdirdi. Əbu Abbasın İbn Xəldunun sədaqətindən şübhəsi olduğu üçün onlar arasındakı vəziyyət gərgin idi. İbn Xəldun əsəri tamamlayıb sultana verəndə vəziyyət daha da gərginləşdi, çünki o dönəmin adətinin əksinə olaraq əsərdə sultan çox təriflənməmişdi. Vəziyyətin daha da gərginləşdiyini görən İbn Xəldun Həccə getmək bəhanəsi ilə sultandan icazə istədi. Bu heç bir müsəlman sultanın yox deyə bilməyəcəyi bir bəhanə idi. Həccə getmək aylarla vaxt apardığı üçün İbn Xəldun bu müddətdə yaşanacaq daxili gərginliklərdən canını qurtaracağını bilirdi.Stowasser, Barbara (5 Ocak 1984). "İbn-i Haldun'un Tarih Felsefesi: Devletlerin ve Uygarlıkların Yükselişi ve Çöküşü" (Türkçe). Beləcə İbn Xəldun Tunisdən ayrıldı və Misirə yola düşdü.
İbn Xəldun 15 il ərzində müsəlman qərbinin yaşadığı siyasi qarışıqlığa şahidlik etmişdi. Saray intiriqalarına şahidlik etmiş, həbsdə olmuş, şərəfli hökmdarları, çöllərdə yaşayan qəbilələri görmüşdü. Misirə səyahəti ilə o, həyatının ilk yarısını başa vururdu və yeni, ikinci yarısına başlayırdı.
Misirdəki illəri thumb|300px|Əmir Teymurla Sultan Fərəc arasındakı döyüşü təsvir edən səhnə. (müəllif: Kəmaləddin Behzad), 1515.