Cəbrayıl — Azərbaycan Respublikasında şəhər, Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun mərkəzi, rayonun Cəbrayıl şəhər inzibati ərazi dairəsinin mərkəzi.

Tarixi

1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib.

Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

Əhalisi Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi.Н. А. Тройницкий. Первая всеобщая перепись населения Российской Империи, 1897 г. т. 63. Елисаветпольская губерния. — СПб., 1904. — стр. 138. SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.

Görkəmli şəxsləri Cəmil Əhmədov — Sovet İttifaqı Qəhrəmanı Ramil Səfərov — hərbçi Sabir Əhmədli — xalq yazıçısı Həsən Hüseynov — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2011) Teymur Quliyev — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (1937–1946) və Nazirlər Şurasının (1946–1953; 1953–1954) sədri Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri (1995–2022), baş nazirin müşaviri (2022—hal-hazıradək) Hafiz Quliyev — Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Yaqut Abdullayeva — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2006)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cəbrayıl rayonunun şəhərləri Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Azərbaycandakı xarabalıqlar Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri