Salyan — Azərbaycan Respublikasının Salyan rayonunun Salyan şəhər inzibati ərazi dairəsində şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
Etimologiyası Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan–Navur" adlandırmışdır.Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh 538. (İstinad səhifəsi 254)
Tarixi Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.
Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.
1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.
1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.İnzibati-ərazi vahidləri 150 стр.
1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.
Əhalisi +Salyan şəhəri əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1939 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Сальянский район (1939 г.) Nisbəti, 1939 sa. toplam13 554100 %Azərbaycan türkləri11 56885.3 % rus1 64412.1 % ukraynalı860.6 % alman740.5 % erməni560.4 % yəhudi200.2 % ləzgi80.1 % gürcü80.1 % talış10.1 % digər890.6 %
Tanınmış sakinləri
İstinadlar
Kateqoriya:Bakı quberniyası Kateqoriya:Salyan rayonunun yaşayış məntəqələri Kateqoriya:Salyan rayonunun şəhərləri Kateqoriya:Keçmiş paytaxtlar